Məhkəmə qərarları › İş №3(029)-531/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-531/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-531/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1987-ci ildə Qusar rayonun Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmuş, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonun Qalacıq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:15 radələrində Qusar rayonu Qalacıq kəndində yaşayan əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi və Rusiya Federasiyasında qanunsuz silah əldə etmə və xuliqanlıq cinayətləri ilə məhkum olmuş, Şəxs məcburi gətirilməsi barədə qəbul edilmiş qərarla əlaqədar Qusar rayon İcra və Probasiya şöbəsinə dəvət edilərkən küçədə ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri törətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx xxxxxx 2020-ci il tarixli, MN 0651166-146 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Qusar- Çoban şosse yolunun Qalacıq kəndin girişində iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq Qusar rayon İcra və Probasiya Şöbəsinin məcburi gətirmə haqqında qərarına əsasən Qusar rayon İcra və Probasiya Şöbəsinə məcburi aparılacağını bildirmişlər. O, icraçıların yanına əvvəllər getdiyini, hal-hazırda isə getməyəcəyini bildirmişdir. Bundan sonra əsəbləşərək öz-özünə ünvansız nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları onu nizam-intizama dəvət edərək, xidməti avtomaşınına əyləşməyini bildirən zaman “mən heç yerə getmirəm və məni heç kim apara bilməz” demişdir. Polis əməkdaşları onu çətinliklə sakitləşdirmiş və Samur Polis Bölməsinə aparmışlar. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, xx xxxxxx 2020-ci il tarixli MN 0651166-146 nömrəli inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki Şəxs xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 7(029)-60/2020 saylı qərarın surətindən görünür ki, Qusar rayonu, Qalacıq kəndində yaşayan borclu Şəxs məcburi qaydada Qusar rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmiş və qərarın icrası Qusar rayon Polis şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 18:15–də inzibati qaydada tutulmuşdur. Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 11:10-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 05 (beş) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs xx xxxxxx 2020-ci il saat 18:15-dən, xx xxxxxx 2020-ci il saat 11:10-dək tutulduğu 01 (bir) gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 09 (doqquz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 15:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar