Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-535/2020 10.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Qusar Rayon Polis Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə xx xxxx 1974-cü ildə Qusar rayonu, Balaqusar kəndində anadan olmuş, Azərbaycan Respubliksının vətəndaşı, evli, orta ixtisas təhsilli, “X5” kolmpeksində təsərüfat müdüri vəzifəsində işləyən, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Qusar rayonu, Balaqusar kəndində yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində özünə məxsus “Mersedes Benz E240” minik markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlanılmış və yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi aşkar olmuşdur. Həmin faktla bağlı Qusar rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında materiala Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsi ilə baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində özünə məxsus “Mersedes Benz E240” minik markalı, ** KE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun sərxoş olduğu bildirilərək alkotestor müayinəsindən keçirilmiş və alkotestor nəticəsi 0,485 % təşkil etmişdir. Həmin nəticə ilə razi deyildir. Həmin vaxt heç bir spirtli içki qəbul etməmişdir. Sonradan o, təkrar tibbi müayinə olunması üçün Polis şöbəsinə ərizə yazmışdır. O, təkrar müayinə olunmamışdır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar Rayon Polis Şöbəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində Şəxs idarə etdiyi “Mersedes Benz E240” minik markalı, ** KE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onun tərəfindən təhlükəsizlik kəmərindən istifadə edilmədiyi üçün saxlanılmışdır. Həmin vaxtı Şəxs spirtli içki iyi gəldiyi üçün alkotestor müayinəsindən keçirilmiş və onun alkotestor nəticəsi 0,485 % təşkil etmişdir. Şəxs izahat verməkdən imtina etmiş və inzibati xəta haqqında protokolu imzalamamışdır. Bundan sonra o, Qusar rayon polis Şöbəsinə izahatı alınması üçün dəvət edilmiş və orada təkrar müayinədən keçirilmiş və onun spirtli içki qəbul etməsi alkotestor vasitəsi ilə müəyyən olunmuşdur. Odur ki, Şəxs barəsində müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol qanuni və əsaslıdır. Ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş edir. İş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, qeyd edilənlərə hüquqi qiymət vərərək hesab edirəm ki, Şəxs həqiqətən xx xxxxxx 2020-ci il tarixdə “Mersedes Benz E240” minik markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs həmin inzibati xətanı törətməsi özünün, Qusar Rayon Polis Şöbəsinin nümayəndəsi X1 izahatları və Qusar RPŞ DYPB-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,335 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİ və TBŞ tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş, xx xxxxx 2028-ci il tarixədək etibarlı olan, AF 304883 seriya və nömrəsi olan sürücülük vəsiqəsindən görünür ki, Şəxs «B» dərəcəli sürücülük hüququ vardır. İş materialında olan xx xxxxxx 2020-ci il tarixli 641008 seriyalı texniki vasitənin (alkotester) nəticələrini əks etdirən qəbzdən görünür ki, Şəxs inzibati xəta aşkar olunduğu zaman 0.485 faiz dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləsinin 333.1-ci maddəsinə əsasaən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta törətmiş şəxsin əməlini yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-535/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-535/2020
10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver