Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-537/2020 08.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxx 1975-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:53 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** BK ***/** ZA *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin mühərrik hissəsindən 10 ədəd, nəqliyyat vasitəsinin kabinasındakı soyuducunun altından 2 ədəd, kabinadakı ön panelin sağ tərəfindəki elektrik qoruyucusunun arxasından 3 ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 15 ədəd parça materialdan olan torbada canlı orqanizim-zəli aşkar edilmişdir. 15 ədəd parça materialda olan torbada “Acculab GSİ- 2001” markalı elektron tərəzidən istifadə edilməklə çəkilmiş, torbaların çəkiləri ayrıayrılıqda (1600 qr, 1530 qr, 1625 qr, 2030 qr, 1675 qr, 1905 qr, 1760 qr, 2070 qr, 1660 qr, 1670 qr, 1610 qr, 1850 qr, 1400 qr, 1500 qr, 1300 qr), ümumilikdə isə 25185 qram, rütubətli halda boş torbaların hər birinin çəkisi 100 qram təşkil etmişdir. Həmin torbalarda olan zəlilərin sayının müəyyənləşdirilməsi məqsədi ilə rütubətli halda, müxtəlif ölçülü 100 ədəd zəlinin çəkisi təqribən 100 qram olduğu halda, 1 ədəd zəlinin çəkisi 1 qram olduğu müəyyən olunmuşdur. Beləliklə də, 15 ədəd parça materialdan olan torbada 23685 ədəd canlı orqanizim-zəli vardır. Aşkar olunmuş 15 ədəd parça materialdan olan torbada 23685 ədəd canlı orqanizim-zəli faktla bağlı araşdırılma aparılması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat bölməsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə №01400-1390/20 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4737 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş 23685 (iyirmi üç min altı yüz səksən beş) ədəd “Hirudo medicinolis” növ zəlilərinin xx xxxxxxx 2020-ci il tarixə bazar qiyməti 23685 (iyirmi üç min altı yüz səksən beş) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сı maddəsi ilə təqsirli bilinib Şəxs götürülmüş, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat bölməsinə təhvil verilmiş, cəmi dəyəri xx xxxxxxx 2020-ci il tarixə bazar qiyməti 23685 (iyirmi üç min altı yüz səksən beş) manat təşkil edən 23685 (iyirmi üç min altı yüz səksən beş) ədəd “Hirudo medicinolis” növ zəlilər müsadirə edilsin. Qərarın surətini təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-537/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-537/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver