Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-542/2021 12.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1958-ci ildə Quba rayonu Qala-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli ailəli, işləməyən, Qusar rayonu Çubuqlu qəsəbəsində yaşayan Şəxs barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 24.06.2020-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat cərimə olunması barədə qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində həmin cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə 21.10.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 29.10.2021-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 24.06.2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 22.01.2021-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 24.06.2020-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış 22.01.2021-ci il tarixli 276/2021 saylı bildirişin surətindən görünür ki, ETSNnin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 24.06.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 27.09.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, işləmədiyindən, iş yeri tapa bilmədiyindən cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 21.10.2021-ci il tarixli, 3721/2021 saylı arayışından görünür ki, borclu Şəxs icra sənədinin könüllü icrası üçün müddət verilmiş və könüllü icra üçün müəyyən olunmuş müddət bitəndən sonra məcburi icra tədbirlərinə başlanmış, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərinin olub-olmaması, yaşayış və iş yeri, digər gəlirləri barədə sorğular verilmiş, nəticədə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı və ya digər qiymətli əşyası aşkarlanmamış, bank hesabının və əmanətlərinin olmadığı məlum olmuşdur. Borclu Şəxs ailəlidir, işləmir, adına tələbin yönəldilə biləcəyi daşınmaz əmlakı, pay torpaq sahəsi, avtonəqliyyat vasitəsi, banklarda əmanətləri və digər gəlirləri aşkarlanmamışdır. İş materiallarında olan Şəxs barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 24.06.2020-ci il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130, 154-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-542/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-542/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver