Məhkəmə qərarları › İş №3(029)-543/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-543/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-543/2021 12.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1986-cı ildə Qazaxıstan Respublikası, Novıy-Uzen şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli ailəli, işləməyən, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Şəxs barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs AQTA-nin MN ******* saylı və MN ******* saylı 26.02.2021-ci il tarixli icra sənədlərinə əsasən ümumilikdə 5500 manat cərimə olunması barədə qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində həmin cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə 21.10.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 29.10.2021-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan AQTA-nin X1 MN ******* saylı 26.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AQTA-nin X1 MN ******* saylı 26.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 20.09.2021-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, AQTA-nin X1 MN ******* saylı 26.02.2021-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 20.09.2021-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, AQTA-nin X1 MN ******* saylı 26.02.2021-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 20.09.2021-ci il tarixli «icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında» qərarının surətindən görünür ki, AQTA-nin X1 MN ******* saylı 26.02.2021-ci il tarixli, AQTA-nin X1 MN ******* saylı 26.02.2021-ci il tarixli qərarları ilə başlanılmış icraatlar birləşdirilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış 20.09.2021-ci il tarixli 3394/21 saylı və 20.09.2021-ci il tarixli 3395/2021 saylı bildirişlərin surətindən görünür ki, AQTA-nin MN ******* saylı və MN ******* saylı 26.02.2021-ci il tarixli icra sənədlərinin könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 27.09.2020-ci il tarixli izahatının surətindən görünür ki, o, maddi imkanı zəif olduğundan cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 11.10.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, himayəsində dörd azyaşlı uşağın olduğundan, heç bir gəlir yerinin olmadığından və maddi imkanı zəif olduğundan cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 21.10.2021-ci il tarixli 3722/22 saylı arayışından görünür ki, borclu Şəxs icra sənədinin könüllü icrası üçün müddət verilmiş və könüllü icra üçün müəyyən olunmuş müddət bitəndən sonra məcburi icra tədbirlərinə başlanmış, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərinin olub-olmaması, yaşayış və iş yeri, digər gəlirləri barədə sorğular verilmiş, nəticədə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı və ya digər qiymətli əşyası aşkarlanmamış, bank hesabının və əmanətlərinin olmadığı məlum olmuşdur. Borclu Şəxs ailəlidir, işləmir, adına tələbin yönəldilə biləcəyi daşınmaz əmlakı, pay torpaq sahəsi, avtonəqliyyat vasitəsi, banklarda əmanətləri və digər gəlirləri aşkarlanmamışdır. İş materiallarında olan Şəxs barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AQTA-nin MN ******* saylı və MN ******* saylı 26.02.2021-ci il tarixli icra sənədlərini qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130, 154-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar