Məhkəmə qərarları › İş №3(029)-549/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-549/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-549/2021 22.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Hüquqi şəxs Şəxs (VÖEN №**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-сı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Yaşıl” dəhliz iştirakçısı olan, ünvan 1 ünvanda qeydiyyatda olan hüquqi şəxs-Şəxs-dən Ukrayna Respublikası, Dnepr şəhəri, Siçeslavskaya Naberajnaya küçəsi ev 15A ünvanında qeydiyyatda olan “Metalit” şirkətinin ünvanına ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə 25.10.2021-ci il tarixli, **********7271 saylı gömrük bəyannaməsi əsasında ixrac olunan, brutto çəkisi 22000 kq, netto çəkisi isə 18800 kq olan, 5640 ABŞ dolları dəyərində “xurma” yüklü, “Volvo” markalı, 90XY480/99ZH448 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə 26.10.2021-ci il tarixdə “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttində keçirilmiş gömrük baxışı zamanı, hüquqi şəxs- Şəxs tərəfindən yük nəqliyyat vasitəsinin yük yerinin qapısına AA739988 saylı gömrük təminatı vasitəsinin (plombun) düzgün vurulmadığı, yəni plombun trosun yalnız bir hissəsinə bərkidilməklə həmin yükün gömrük rəsmiləşdirilməsinin aparıldığı məlum olmuşdur. Təqdim olunmuş mal-müşayiət sənədləri ilə yük müqayisəli şəkildə yoxlanılmış və nəticədə yük-nəqliyyat vasitəsinə yüklənmiş “xurma” yükünə müdaxilənin olmadığı müəyyən edilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə №01400-1643/21 saylı, 27 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Şimal Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin hüquqi şəxs Şəxs-nin nümayəndəsi və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs-nin nümayəndəsinin və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs Şəxs-nin həmin inzibati xətanı törətməsi, 27 oktyabr 2021-ci il tarixli, № №01400-1643/21 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-сı maddəsi ilə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar