Məhkəmə qərarları › İş №3(029)-554/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-554/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-554/2021 11.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx xxxxxx 1986-cı ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(029)-640/2016 saylı icra sənədinə əsasən 05 aprel 2016-cı il tarixdən başlayaraq azyaşlı 22 avqust 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Şəxs hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, hal-hazırda onun 5280 manat aliment borcu yaranmışdır və borcu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 11 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(029)-640/2016 saylı icra sənədinə əsasən onun tələbkar X1 5280 manat aliment borcu yaranmışdır. Hazırda heç bir yerdə işləmir. Yaxın zamanlarda borcu tam şəkildə ödəyəcəkdir, törətdiyi əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 30.11.2016-cı il tarixli 5285/16 saylı bildirişin və qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(029)-640/2016 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 16.08.2021-ci il tarixli 1262/2021 saylı bildirişin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(029)-640/2016 saylı icra vərəqəsinə əsasən yaranmış 5080 (beş min səksən) manat aliment borcunu ödəməsi üçün həmin şəxsə 10 gün yeni müddət verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 04.11.2021-ci il tarixli 1262/2021 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Qusar rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(029)-640/2016 saylı icra vərəqəsinə əsasən yaranmış 5280 (beş min iki yüz səksən) manat aliment borcunu ödəməsi üçün həmin şəxsə 5 gün yeni müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 11.11.2021-ci il tarixli izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(029)-640/2016 saylı icra sənədinə əsasən tələbkar X1 5280 manat aliment borcu vardır. Həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda işsizdir. Maddi imkanı olanda aliment borcunu ödəyəcəkdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar