Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-56/2023 10.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 və Qusar RPŞnin DYPB-nin Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X5 iştirakları ilə X4 Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən qəbul edilmiş 24 yanvar 2023-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X9 tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddələri ilə xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və 24 yanvar 2023-cü il tarixli TP ******* saylı qərarla həmin şəxs həmin maddələrlə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilmişdir. X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə “Hyundai İ30” markalı **-MV-*** nömrəli şəxsi avtomobili ilə Qusar şəhəri H. Əliyev prospektində hərəkətdə olarkən Qusar rayon YPX baş inspektor polis baş-leytenantı X9 özünü təqdim etmədən onu saxlayaraq qaydanı pozduğunu və işıqforun qırmızı işığını keçdiyini bildirmişdir. O, yol patrul inspektoruna bildirmişdir ki, heç bir qayda pozmamış və işıqforun qırmızı işığını keçməmişdir. İnspektor dərhal protokol tərtib edərək ona təqdim etmişdir. O, protokola imza etməkdən imtina etmiş və bildirmişdir ki, onun protokol və qərardan məhkəməyə şikayət edəcəkdir. İnspektor bildirmişdir ki, hara istəyirsən şikayət et bildirmişdir. xx.xx.2023-cü il tarixdə onu Qusar Polis şöbəsinə dəvət etmiş və heç bir şahid və sübut olmadan ona qərar təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayəti müdafiə etmiş və izahatında göstərmişdir ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman işıqforun qırmızı işığında keçməmişdir. Heydər Əliyev prospektində Şah dağ istiqamətində hərəkətdə olmuşdur. O, işıqforun qırmızı işıqdan keçməmiş, hava qaranlıq və dumanlı olmuşdur. Əgər özü işıqforun qırmızı işığından keçmiş olsaydı, qərar ilə razı olardı. Ona məxsus olan avtomobilin nömrəsini ona göstərsə qərarla razı olacaq və cəriməsini ödəyəcəkdir. Yol patrul xidmətinin əməkdaşını uzun müddətdir ki, tanıyır. Yol xidmət patrul əməkdaşının onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Uzun müddətdir ki, Qusar şəhərində yaşayır. Onu əvvəllər başqa YPX-a əməkdaşları sənədləri yoxlamaq üçün saxlamışdır. Onu qaydanı pozduğuna görə heç bir polis əməkdaşı saxlamamışdır. Qayda pozuntuları olmasa da YPX-a əməkdaşları tərəfindən saxlanılmışdır. Onun barəsində protokol tərtib edilməmişdir. O, hərəkətdə olanda yaşıl işıq olmuşdur. YPX-nın əməkdaşı onu işıqforu keçəndən sonra saxlamışdır. Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X9 izahatında göstərmişdir ki, X8 barəsində inzibati xəta haqqında protokol tərtib edən zaman hava qaranlıq olub, Qusar şəhəri H.Əliyev prospektində Şah dağ istiqamətində hərəkətdə olan zaman, 6 nömrəli məktəbin qabağında yerləşən işıqforun qırmızı işıqdan keçmişdir. YPX-nin avtomaşının işıqları ilə işarə verəndən sonra avtomaşınını yol kənarında saxlamışdır. Qırmızı işıqdan keçən zaman orada sərnişini avtomaşından düşmüşdür. Protokolu tərtib etmişdir. Protokola imza etməkdən imtina etmişdir. 10 gün müddətdə Polis şöbəsinə dəvət olunsa da gəlməmişdir. İnzibati xəta haqqında protokol və video görüntülər əsasında inzibati xəta haqqında qərar qəbul edilmişdir. X2 zaman heç bir fiziki və ya psixiki təsir olunmamışdır. Özü 14 ildir ki, Qusar rayonunda YXP-a əməkdaşıdır. X6 qarşı heç bir qanunsuz təklif olunmamışdır. Əvəllər X1. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş CD diskdən görünür ki, X4 idarə etdiyi “Hyundai İ30” markalı **-MV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qırmızı işıqdan keçmişdir. İş materiallarında olan İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin tarixdə saat 18:29-da Qusar şəhəri Heydər Əliyev prospektində X4 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı aşkar olunmuşdur. İş materiallarında olan TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddələri ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Beləliklə, iş materialları ilə, həmçinin yuxarıda göstərilən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də, X8 idarə etdiyi “Hyundai İ30” markalı **-MV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin şəxs həmin xətaları törətdiyini barəsində inzibati xəta haqqında işə baxılarkən etiraf etməmiş, lakin, inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar və iş materiallarına əlavə edilmiş CD diskdə olan görüntülər ilə sübuta yetirilmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Qusar rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, X4 həmin xətaları törətməkdə təqsirli olması müvafiq izahtları, eləcə də, işdə olan digər mötəbər sübutlarla sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar tam qanuni və əsaslı olmuşdur. İşə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən X4 barəsində qəbul edilmiş 24 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-56/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-56/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver