Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-564/2021 15.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1984-cü ildə Qusar rayonu Gican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qusar rayon məhkəməsinin 03.07.2020-ci il tarixli 2(029)-535/2020 saylı icra sənədi üzrə yaranmış 2420 manat aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən 03 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs haqqında məlumat-yəni təvəllüdü və yaşayış yeri barədə məlumatlar, o cümlədən fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Bundan başqa, Şəxs istinad olunan inzibati xəta uzanan inzibati xəta olduğu halda həmin inzibati xətanın nə vaxt aşkar olunduğu inzibati xəta haqqında protokolda qeyd edilməmişdir. Bununla da, hazırkı inzibati xəta haqqında protokol düzgün tərtib olunmamaqla yanaşı natamamdır və baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 100.1, 100.1.3, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Göründüyü kimi inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXMnin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, natamamdır və işə baxılarkən həmin protokola baxıb tamamlamaq mümkün deyildir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 03.11.2021-ci il tarixli MN ******* saylı protokol düzgün tərtib olunmadığından, natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 03.11.2021-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-564/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-564/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver