Məhkəmə qərarları › İş №3(029)-57/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-57/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-57/2024 29.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(029)-57/2024 saylı qərarından verilmiş vəsatətə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:11-də “HYUNDAİ SONATA MİNİK” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə EQ 17041032 saylı protokol tərtib olunmuş, inzibati xəta əsasında qəbul edilmiş cərimə növündə inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə minmiş, həmin qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Qusar rayon məhkəməsinin 3(029)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət təqdim edərək yol hərəkəti qaydalarını pozduğuna görə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar üzrə cəriməni dəbbə pulu ilə birlikdə ödədiyini göstərmiş və Qusar rayon məhkəməsinin 3(029)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsas başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və Qusar rayon məhkəməsinin 3(029)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı üzrə başlanılmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs barəsində qəbul edilmiş qərarın elektron versiyasından çıxarışın surətindən görünür ki, onun Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş EQ 17041032 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu cərimə 50.0 manat, dəbbə pulu 30.0 manat, cəmi 80.0 manatdır. İş materiallarına əlavə olunmuş Qusar rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Qusar rayon, Hil kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Şəxs adına hər hansı bir inzibati xəta törədilməsi barədə ödənilməyən cərimə borcu yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 142.3-cü maddəsinə əsasən qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə bu barədə müvafiq qeyd aparılmaqla verilir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, vəsatət təmin edilərək barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs EQ 17041032 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə cəriməni tam şəkildə ödədiyindən həmin cərimənin ödənilməməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Qusar rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3(029)-57/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 142, 145.2, 152.5-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəsatət təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(029)-57/2024 saylı qərarına xitam verilsin. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar