Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-58/2021 04.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1988-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə anası Zərərçəkmiş şəxs məxsus olan, ünvan 2 ünvanda yerləşən evi yandıraraq sonuncuya 1607 manat məbləğində ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN 0651688-86 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, anasına dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Hal-hazırda anasının ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun səhhətində problemlər var və məhkəməyə gələ bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, oğlu Şəxs ona dəymiş ziyanı tam ödəmiş, onlar barışmışlar. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onun səhhətində problemlər var və məhkəmədə iştirak edə bilmir. Odur ki, oğlu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 149-1052-1121 saylı rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ümumilikdə 1607 (min altı yüz yeddi) manat təşkil edir. Məhkəməyə təqdim edilmiş Şəxs və Zərərçəkmiş şəxs xx xxxx 2021-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslər barışmışlar, Şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişlər və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev İş № 3(029)-482/2016 Surət Azərbaycan Respublikası Qusar rayon məhkəməsi hakiminin İnzibati Xəta haqqında iş üzrə QƏRARİ xx xxxxxxxx 2016-cı il Qusar şəhəri Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1986-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq F.Musayev küçəsi ev 54 ünvanda yaşayan X13 barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X18 xx xxxxxxxx 2016-cı il tarixdə saat 16:00 radələrində Qusar mərkəzi bazarında ucadan nalayiq söyüşlərlə Tərlan Gülməmmədovu söyərkən ona yaxınlaşan və ictimai qaydanı qoruyan polis işçisinin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq ictimai qaydanı pozmaqda davam etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X19 tərəfindən X13 barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə xx xxxxxxxx 2016-cı il tarixli 191 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X18 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, onun anası X2 şəhəri ərazisində yerləşən bazarın müdiridir. xx xxxxxxxx 2016-cı il tarixdə saat 16:00 radələrində X4 bazarın ərazisində yerləşən darvazanı sökmək istəyərkən anası Tiflisə Həzərova ilə həmin şəxsin arasında mübahisə düşmüş və bu səbəbdən də o, anasını müdafiə edərək Tərlan Gülməməmmədovu ucadan söymüşdür. Həmin vaxt orada olan polis əməkdaşı Rəşad Babayev onu intizama dəvət edərək sakit olmasını tələb etmiş, lakin o, əsəbi olduğundan həmin hərəkətlərini davam etdirmişdir. Daha sonra isə onu Qusar RPŞ-nə apararaq orada ondan izahat alınmışdır. Hal-hazırda törətdiyi əməlindən səmimi peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxs X4 izahatında göstərmişdir ki, həqiqətən də, X18 xx xxxxxxxx 2016-cı il tarixdə saat 16:00 radələrində Qusar şəhəri ərazisində yerləşən bazarın yanındakı darvazanı təmir etmək istəyərkən X7 oraya gələrək onunla mübahisə etmiş, daha sonra isə sonuncunun oğlu Riad bazarın içində ictimai yerdə onu ucadan söyüb təhqir etmişdir. Bu səbəbdən də o, sahə rəisi Rəşad Babayevə məlumat vermiş, həmin şəxs oraya gələrək Riadı intizama dəvət etmiş, lakin sonuncu, polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq həmin hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 32 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X18 həmin tarixdə saat 20-20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X18 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X18 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməyəcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Əksinə, qənaətimə görə barəsində cərimə tətbiq ediləcəyi halda, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni inzibati xətaların törədilməsi, bununla da ictimai qaydanın qorunması və idarəçilik sahəsində yaranan ictimai münasibətlərin pozulması halları daha da arta bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: X18 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan-yəni xx xxxxxxxx 2016-cı il tarixdən saat 20-20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev imza düzdür Hakim: Adil Vəliyev İş № 3(029)-172/2012 Azərbaycan Respublikası Qusar rayon məhkəməsi hakiminin İnzibati Xəta haqqında iş üzrə QƏRARİ xx xxxx 2012-ci il Qusar şəhəri Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1940-cı ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 4 ünvanda yaşayan X1 barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Təqdim edilmiş sənədlərdən görünür ki, X3 xx xxx 2012-ci il tarixdə saat təxminən 10-00 radələrində yaşadığı ünvan 4 ünvanda qohumu X6 söyüb təhqir etməklə sonuncunu narahat etmişdir. Faktla bağlı Qusar RPŞ-nin TQ-da araşdırma aparılmış və xx xxxx 2012-ci il tarixli qərarla X5 və X1 qarşılıqlı ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onların barələrində Azərbaycan Respublkasının İXM-nin 296-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin sahə inspektoru polis kapitanı X8 tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 296-cı maddəsi ilə 118 saylı xx xxxx 2012-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X3 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, qadın olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran halları isə müəyyən etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat miqdarda cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev İş № 3(029)-172/2012 Azərbaycan Respublikası Qusar rayon məhkəməsi hakiminin İnzibati Xəta haqqında iş üzrə QƏRARİ xx xxxx 2012-ci il Qusar şəhəri Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1940-cı ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 4 ünvanda yaşayan X1 barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Təqdim edilmiş sənədlərdən görünür ki, X3 xx xxx 2012-ci il tarixdə saat təxminən 10-00 radələrində yaşadığı ünvan 4 ünvanda qohumu X6 söyüb təhqir etməklə sonuncunu narahat etmişdir. Faktla bağlı Qusar RPŞ-nin TQ-da araşdırma aparılmış və xx xxxx 2012-ci il tarixli qərarla X5 və X1 qarşılıqlı ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onların barələrində Azərbaycan Respublkasının İXM-nin 296-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin sahə inspektoru polis kapitanı X8 tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 296-cı maddəsi ilə 118 saylı xx xxxx 2012-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X3 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, qadın olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran halları isə müəyyən etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat miqdarda cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-58/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-58/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver