Məhkəmə qərarları › İş №3(029)-598/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-598/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-598/2021 24.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu 08.04.1976-cı ildə Quba rayonunda anadan olmuş, Qusar rayonu Yeni Həyat kəndində yaşayan, Rusiya Federasiyasının vətəndaşı Qədməliyev Faiq Seyfəddin oğlunun haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(105)-2453/2020 saylı icra sənədinə əsasən Qədməliyev Faiq Seyfəddin oğlundan 08.02.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10.01.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. X5 Seyfəddin oğluna dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, hal-hazırda onun 3640 manat məbləğində aliment borcu vardır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qədməliyev Faiq Seyfəddin oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 24 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qədməliyev Faiq Seyfəddin oğlu inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, aliment ödəməyə imkanı olmadığından həmin alimenti ödəmədiyini, hazırda da alimenti ödəmək iqtidarında olmadığını göstərmiş və barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən X5 Seyfəddin oğluna ünvanlanmış 18.12.2020-ci il tarixli 4998/20 saylı bildirişin surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli 2(105)-2453/2020 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qədməliyev Faiq Seyfəddin oğlunun 22.11.2021-ci il tarixli izahatının surətindən görünür ki, həmin şəxs imkanı olmadığından aliment ödəmədiyini, gələcəkdə də, ödəyə bilməyəciyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 24.11.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(105)-2453/2020 saylı icra sənədi üzrə X5 Seyfəddin oğlunun 3640 (üç min altı yüz qırx) manat məbləğində aliment borcu yaranmışdır. Göründüyü kimi, Qədməliyev Faiq Seyfəddin oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(105)-2453/2020 saylı icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmış, həmin icra sənədinin icrasını təmin etməmiş, hazırda icra sənədi üzrə aliment borcu 3640 manat təşkil edir. Həmin şəxs öz izahatlarında aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Qədməliyev Faiq Seyfəddin oğlu heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qədməliyev Faiq Seyfəddin oğlu haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qədməliyev Faiq Seyfəddin oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Qədməliyev Faiq Seyfəddin oğlu hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Qədməliyev Faiq Seyfəddin oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 noyabr 2021-ci il tarixdən saat 17:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar