Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-599/2021 20.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı Qusar şəhəri N.Şərifov küçəsi ev 24 olan Şəxs MMC-nin (VÖEN № **********-47005) haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 18.11.2021-ci il tarixdə saat 11:20-də hüquqi şəxs Şəxs MMC-nə məxsus olan və Qusar şəhəri N.Şərifov küçəsi-24 ünvanda yerləşən aptekdə alıcılar tərəfindən tibbi maskadan istifadə edilmədiyi halda onlara xidmət göstərildiyi müəyyən edilmişdir. Faktla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə 18 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin protokolda edilmiş qeyddən görünür ki, Şəxs MMCnin nümayəndəsi X3 bildirmişdir ki, bundan sonra belə hallara yol verilməyəcək, tibbi maskadan istifadə qaydalarına riayət olunacaqdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilmiş Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, nümayəndəsi olduğu 3 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən 18.11.2021-ci il tarixdə saat 11:20-də hüquqi şəxs Şəxs MMC-nə məxsus olan və Qusar şəhəri N.Şərifov küçəsi-24 ünvanda yerləşən aptekdə alıcılar tərəfindən tibbi maskadan istifadə edilmədiyi halda onlara xidmət göstərildiyi aşkar edilmişdir. Odur ki, Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 məhkəməyə yazılı izahat verərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Şəxs MMC-nə məxsus Qusar şəhəri N.Şərifov küçəsi-24 ünvanda yerləşən “ZEYTUN-2” aptekində əczaçı-satıcı işləyir. 18 dekabr 2021-ci il tarixdə saat 11:20 radələrində aptekin içərisinə tibbi maskadan istifadə etmədən bir nəfər şəxs daxil olmuşdur. Daha sonra 3 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları gələrək onun barəsində inzibati protokol tərtib edilmişdir. Odur ki, barəsində qanuni qərar verilməsini məhkəmədə xahiş edir. Göründüyü kimi, Şəxs MMC-nə aid olmaqla Qusar şəhəri N.Şərifov küçəsi-24 ünvanda yerləşən aptekdə şəxsi heyət tərəfindən xüsusi karantin qaydaları pozulmaqla alıcılar tərəfindən tibbi maskadan istifadə edilmədiyi halda onlara xidmət göstərilməklə həmin hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin maliyyə və əmlak vəziyyətini, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-599/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-599/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver