Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-60/2023 10.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Cabarov Vüsal Bahadır oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Ərəbli İlkin Müşfiq oğlunun iştirakı ilə Hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Qusar Rayon Şöbəsinin barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixində Qusar şəhəri Fizuli küçəsində yerləşən DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsinin inzibati binasında keçirilmiş YTM zamanı YTQ-01.2001 9.1; 6.5; 2.5; 4.11-ci bəndlərin tələblərinin pozulduğu aşkar edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Qusar Rayon Şöbəsi barəsində Azərbaycan Respublikası İXMnin 518.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Dövlət Yanğın Nəzarəti Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi Cabarov Vüsal Bahadır oğlunun protokolu müdafiə edərək izahatında göstərmişdir ki, DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə yoxlama aparılmışdır. Yoxlama idarə rəisinin müvafiq qərarı əsasında aparılır. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev tərəfindən DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsinin inzibati binasında nöqsanların aradan qaldıracağı barədə məktub idarəyə daxil olmuşdur. DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsinin tərəfindən hazırda nöqsanlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Ərəbli İlkin Müşfiq oğlunun protokolu müdafiə edərək izahatında göstərmişdir ki, hazırda DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsinin inzibati binasında olan nöqsanları qəbul edir. Nöqsanlar qısa müddət ərzində aradan qaldıracaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, bina yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməmişdir, binanın daxili elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətinin yoxlanılıb mütəxəssis aktı tərtib edilməmişdir, yanğın zamanı insanların əşyaların köçürülməsi üçün təxliyyə planı tərtib edilməmişdir, binada yerləşən çardağın yanar konstruksiyalı odadavamlı məhlulu hopdurulmamışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Qusar Rayon Şöbəsi həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Qusar Rayon Şöbəsinin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2023-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, “DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsi inzibati məsuliyyətinə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-nin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-nin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, DSMF publik hüquqi şəxsinin Quba-Xaçmaz regional filialın Qusar rayon qəbul şöbəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiqi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Qusar Rayon Şöbəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Qusar Rayon Şöbəsinin törətdiyi hüquqpozmanın (YTQ-01.2001 9.1; 6.5; 2.5 və 4.11-ci bəndlərinin tələbləri) aradan qaldırması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilsin. Həmin müddətdə yuxarıda qeyd olunmuş hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə və məhkəməyə məlumat verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-60/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-60/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver