Məhkəmə qərarları › İş №3(029)-603/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-603/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-603/2021 15.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı Qusar şəhəri F.Musayev küçəsi ev 27A olan Şəxs özəl tibbii müalicəxanasının (VÖEN № **********-47004) haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 26.11.2021-ci il tarixdə saat 12:20-də hüquqi şəxs Şəxs özəl tibbi müalicəxanasına aid olmaqla Qusar şəhəri F.Musayev küçəsində yerləşən “OKİ aptek”də şəxsi heyətin tibbii maskadan istifadə etmədən xidmətlərin göstərilməsi faktı aşkar olunmuşdur. Faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs “Şəxs özəl tibbi müalicəxanasının barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə 26 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs özəl tibbi müalicəxanasının rəhbəri X2 izahatında belə hallara bir daha yol verilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, nümayəndəsi olduğu 3 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən 26.11.2021-ci il tarixdə saat 12:20-də hüquqi şəxs Şəxs özəl tibbi müalicəxanasına aid olmaqla Qusar şəhəri F.Musayev küçəsində yerləşən “OKİ aptek”də yoxlama aparılarkən şəxsi heyətin tibbii maskadan istifadə etmədən xidmətlərin göstərilməsi faktı aşkar olunmuşdur. Odur ki, Şəxs özəl tibbi müalicəxanasının barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs özəl tibbi müalicəxanası məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Göründüyü kimi, Şəxs özəl tibbi müalicəxanasına aid olmaqla Qusar şəhəri F.Musayev küçəsində yerləşən hüquqi şəxs “OKİ aptek”də şəxsi heyət tərəfindən xüsusi karantin qaydaları pozulmaqla tibbii maskadan istifadə edilmədən xidmətlər göstərilməklə həmin hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs özəl tibbi müalicəxanası haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs özəl tibbi müalicəxanasının maliyyə və əmlak vəziyyətini, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Hüquqi şəxs Şəxs özəl tibbi müalicəxanası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar