Məhkəmə qərarları › İş №3(029)-61/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-61/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-61/2021 11.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1976-cı ildə Qusar rayonu Gican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, traktor sürücüsü işləyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu Gican kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxsin barəsində Azərbaycan Respublikası DİN-nin Qusar Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 17:42 radələrində Şəxs T-40AM markalı AZ 38T-143 qeydiyyat nömrəli traktoru Qusar-Həzrə-Sudur avtomobil yolunun 18ci km-də idarə etmək hüququ olmadan sürücülük vəsiqəsi olmadan, nəqliyyat vasitəni idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru, polis baş serijantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə İXP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, Qusar rayonu Gican kəndində yaşayir. xx xxxxxx 2021-ci il tarixdə qonaq getdiyi evdə bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 17 radələrində Qusar-Həzrə-Sudur avtomobil yolunun 18-ci km-də özünə məxsus T-40AM markalı AZ 38T-143 qeydiyyat nömrəli traktoru idarə edərkən Qusar YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və onun traktoru sərxoş vəziyyətində idarə etməsi müəyyən edilmişdir. Törətdiyi əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxxxxx 2021-ci il tarixli 03826 saylı alkotestr qəbzindən görünür ki, inzibati xətanın törədilməsi zamanı Şəxsdə 0,970 % alkoqol müəyyən edilmişdir. İş materiallarinda olan xx xxxxxx 2002-ci il tarixli, №09497 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, T-40 AM markalı, AZ 38T-143 nömrə nişanlı nəqliyyat vasitəsi Şəxs məxsusdur. İş materiallarında olan AZ №000205 saylı traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün Şəxs verilmiş sürücülük vəsiqəsi xx xxx 2002-ci il tarixindən xx xxx 2012-ci il tarixədək etibarlıdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, İXP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər ilə sübuta yetirilir. İnzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar