Məhkəmə qərarları › İş №3(029)-615/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-615/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-615/2021 06.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1984-cü ildə Qusar rayonu Əcəxur oba kəndində anadan olmuş və həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən X3 haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 13.10.2020-ci il tarixli 2(029)- 522/2020 saylı icra sənədinə əsasən borclu X3 tələbkar X2 1980 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 06 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin icra sənədinə əsasən onun X2 1980 manat aliment borcu yaranmışdır. Hazırda heç bir yerdə işləmir, qarın nahiyyəsindən ağır cərrahi əməliyyat olunmuş və 27 tikiş qoyulmuş, bir müddət işləyə blməmişdir. Lakin, söz verir ki, qısa müddət ərzində aliment borcunu ödəyəcəkdir, peşmandır. Odur ki, barəsində aşağı həddə cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu X4 ünvanlanmış 21.10.2020-ci il tarixli 3759/20 saylı bildirişin və qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 13.10.2020-ci il tarixli 2(029)-522/2020 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 25.10.2021-ci il tarixli borclu fiziki şəxsin axtarılması haqqında qərarının surətindən görünür ki, Qusar rayonu Əcəxur oba kəndində qeydiyyatda olan X5 barəsində axtarış elan edilmiş, qərarın surəti icra edilməsi üçün Qusar rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin 06.12.2021-ci il tarixli 149- 27265-1221 saylı məktubundan görünür ki, borclu 29.10.2021-ci il tarixdə Qusar RPŞ-si tərəfindən 580382 saylı axtarış işi üzrə axtarışa elan olunmuş, xx.xx.1984-cü il təvəllüdlü Qusar rayonu Əcəxur oba kəndində qeydiyyatda olan X1 Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan X3 barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan borclu X3 Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 06.12.2021-ci il tarixli izahatından görünür ki, onun Qusar rayon məhkəməsinin 13.10.2020-ci il tarixli 2(029)-522/2020 saylı icra sənədinə əsasən tələbkar X2 1980 manat aliment borcu vardır. Həmin borcu birdəfəli ödəməyə maddi imkanı yoxdur. Maddi imkanı olanda o, aliment borcunu hissə-hissə ödəyəcəkdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X5 heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: X5 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar