Məhkəmə qərarları › İş №3(029)-620/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-620/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-620/2021 20.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1962-ci ildə Qusar rayonu Qayakənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 28.11.2021-ci il tarixdə saat 19:00 radələrində, X2 məxsus bir baş inəyi yolda nəzarətsiz qoymuş və inək Qusar-Ləzə kənd yolunun 5-ci km-də asfalt örtüklü yolda nəzarətsiz qoyulması nəticəsində inək yolda hərəkətdə olan “Mitsubishi Pajero” markalı ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı 01.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material 09.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, 28.11.2021-ci il tarixdə Qusar rayonu Qayakənd kəndində mal-qara növbəsində olmuş və kənd sakini X1 məxsus 2 baş inəyi naxıra qəbul etmişdir. Həmin inəklərdən biri naxır növbəsindən qaçmış və həmin inəyə nəzarət edə bilməmişdir. Axşam radələrində ona məlum olmuşdur ki, X1 məxsus inək “Mitsubishi Pajero” markalı ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, avtomobilə və inəyə maddi ziyan dəymişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatından görünür ki, 28.11.2021-ci il tarixdə saat 19:00 radələrində etibarnamə ilə ona məxsus olan «MİTSUBİSHİ PAJERO» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dostu X3 idarə etmək üçün vermişdir. O, Qusar-Ləzə yolunun 5-ci kilometrliyində Çiləgir kəndi ərazisində hərəkətdə olan zaman qarşısına 1 baş inək çixmış və nəticədə inək ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamış, lakin avtomaşına və inəyə maddi ziyan dəymişdir. Ona məxsus olan nəqliyyat vasitəsinə təxminən 4000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan 29.11.2021-ci il tarixli aktdan görünür ki, «MİTSUBİSHİ PAJERO» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 4885 (dörd min səkkiz yüz səksən beş) manat təşkil edir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar