Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-623/2021 24.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1961-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu Ulucanlı dairəsinin Bulduq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən 01.11.2021-ci il tarixdə saat 12:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF FTXF” markalı 99NO385/99ZX385 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə “Drakula” ləqəbli xidməti it reaksiya vermiş və daha sonra xidməti itin tətbiqi ilə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı kabinada ön sağ oturacağının altında yerləşən boşluqdan gömrük nəzarətindən gizlədilmiş 10 qutu (1 blok) “Avalon Red”, 10 qutu (1 blok) “Фэст”, 10 qutu (1 blok) “Compliment”, 10 qutu (1 blok) “Opal” və 10 qutu (1 blok) “Друг Арт” markalı siqaret, yataq yerindəki döşəyin altından isə gömrük nəzarətindən gizlədilmiş 10 qutu (1 blok) “Стюардесса”, 20 qutu (2 blok) “Kevn”, 10 qutu (1 blok) “Kent” və 10 qutu (1 blok) “TU-134” markalı siqaret aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə 19 avqust 2021-ci il tarixli 01400- 1675/21 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.11.2021-ci il tarixli, 9/7985 saylı saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda istifadəyə yararlı siqaretlərin ümumilikdə 01.11.2021-ci il tarixə orta bazar qiyməti təxminən 125,00 manat müəyyən edilir. Təqdim edilmiş “Друг Арт”, “FİLTER opal”, “TU-134 FİLTER CİGARETTES”, “NANO KENT” markalı tütün məmulatları istifadəyə yararsız olduğundan qiymətləndirilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2021-ci il tarixli, 7/1146 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının aksiz markası olmayan 10 qutu “Друг Арт”, Azərbaycan Respublikasının aksiz markası olmayan 10 qutu “FİLTER opal”, Azərbaycan Respublikasının aksiz markası olmayan 10 qutu “TU-134 FİLTER CİGARETTES”, Azərbaycan Respublikasının aksiz markası olmayan 10 qutu “Стюардесса”, Azərbaycan Respublikasının aksiz markası olmayan 10 qutu “NANO KENT” markalı tütün məmulatlarının istifadə müddətləri bitdiyi üçün yararsızdırlar. Qalan tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdırlar. İş materiallarında olan 23.11.2021-ci il tarixli, 9/7985 saylı ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert aktı üzrə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan 24.11.2021-ci il tarixli, 7/1146 saylı ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert aktı üzrə aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri cəmi 170 (yüz yetmiş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 125.0 (bir yüz iyirmi beş) manat təşkil edən istifadəyə yararlı 10 qutu (1 blok) “Avalon Red”, 10 qutu (1 blok) “Фэст”, 10 qutu (1 blok) “Compliment”, 20 qutu (2 blok) “Kevn” markalı siqaretlər, istifadə müddətləri bitdiyi üçün yararsız və qiymətləndirməyən 10 qutu (1 blok) “Opal”, 10 qutu (1 blok) “Друг Арт”, 10 qutu (1 blok) “TU-134”, 10 qutu (1 blok) “Стюардесса”, 10 qutu (1 blok) “Kent” markalı siqaretlər müsadirə edilsin. İş üzrə cəmi 170 (yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-623/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-623/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver