Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-63/2024 06.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə “X1” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2023-cü il tarixli, EQ 17678432 saylı inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat cərimə olunmuşdur. Lakin, Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan 03 ay müddətinə cəriməni ödəməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası BDYPİ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən əldə edilmiş “AsanPay” asan ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs tərəfindən nəqliyyat vasitəsinə görə adına daxil olmuş, EQ 17678432 saylı protokol üzrə cərimə artıq ödənilmişdir. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd hissəsinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsin inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 109-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxsin EQ 17678432 saylı protokol üzrə ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə tam şəkildə ödədiyindən o, Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunsun və barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hakim : Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-63/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-63/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver