Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-631/2021 29.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1976-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Zindan Muruq kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 16.11.2021-ci il tarixdə saat 14:00 radələrində idarə etdiyi “VAZ-21011” markalı ** BK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar-Şahdağ yolunun 8-ci km-də hərəkətdə olduğu zaman qarşı hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmaqla dərəyə aşmış və nəticədə sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və 26 noyabr 2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci və 332.1-ci maddələri ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə İXP ******* saylı 15.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərr. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 17 noyabr 2021-cu il tarixli 1136 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası, rentgenoloji müayinənin və USM-nin cavabları əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarət-belində sağda və sağ bayır topuqda yumşaq toxumaların əziyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 16 noyabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, 16 noyabr 2021-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi “VAZ-21011” markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşın ilə Qusar şəhərinə qayıtmaq üçün Qusar rayonu Zindan Muruq kəndindən yola çıxmışdır. Həmin vaxt avtomaşında həyat yoldaşı Sahibə, oğlu Magamed, qaynı Sərxan və Sərxanın həyat yoldaşı Lida olmuşdur. Qusar rayonu Xuray kəndi ərazisində idarə etdiyi avtomaşın yol buz və qarlı olduğundan döngədə sürüşərək yolun sağ tərəfindəki dərəyə aşmışdır. Hadisə nəticəsində avtomaşında olan Lida yüngül bədən xəsarətləri almışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlmiş və Lidanı xəstəxanaya aparmışdır. Avtomaşında olan digər şəxslər də Lida ilə birlikdə xəstəxanaya getmişdir. O, isə hadisə yerinədə qalmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, 16 noyabr 2021-ci il tarixdə o, əri Sərxan, Sərxanın bacısı Sahibə, Sahibənin oğlu Magamed və Sahibənin əri Elşadın idarə etdiyi “VAZ-21011” markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşın ilə Qusar şəhərinə qayıtman üçün Qusar rayonu Zindan Muruq kəndindən yola çıxmışlar. Təxminən saat 14:00 radələrində Qusar rayonu Xuray kəndi ərazisində yol buzlu olduğundan avtomaşın sürüşərək yolun sağ tərəfindəki dərəyə aşmışdır. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər almışlar. Avtomaşındakı digər şəxslər heç bir xəsarət almamışdır. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onu Qusar rayon Mərkəzi xəstəxanasına aparmışlar. Ona ilkin tibbi yardım göstərilmiş və səhərisi gün evə buraxılmışdır. Hal-hazırda özünü yaxşı hiss edir. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin 15.12.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Şəxs adına B,D kateqoriyalı AF 301592 nömrəli 23.07.2026-cı il müddətli sürücülük vəsiqəsi qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətə məhdudlaşdırılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-631/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-631/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver