Məhkəmə qərarları › İş №3(029)-632/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-632/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-632/2021 24.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə 03.05.1987-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə səhər saatlarında Qusar şəhər bazarının ərazisində dayısı X1 polis əməkdaşları ilə mübahisə etməsini və onların qanuni tələblərinə tabe olmamasını videollentə alaraq həmin görüntüləri “Tik-tok” sosial şəbəkəsinə yerləşdirməsi faktı ilə bağlı 23 dekabr 2021-ci il tarixdə Qusar rayonu Kuzunqışlaq kəndinə gedən yolda onu Qusar rayon Polis Şöbəsinə dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin həmin vaxt hay-küy salaraq və ucadan qışqıraraq ictimai qaydanı pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 24.12.2021-ci il tarixli MN 1169506-1402 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Elman Rəhmanov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, həqiqətən də, o, 21 dekabr 2021-ci il tarixdə səhər saatlarında Qusar şəhər bazarının ərazisində dayısı X1 polis əməkdaşları ilə mübahisə etməsini və onların qanuni tələblərinə tabe olmamasını videollentə alaraq həmin görüntüləri “Tik-tok” sosial şəbəkəsinə yerləşdirmişdir. Bundan sonra 23 dekabr 2021-ci il tarixdə Qusar rayonu Kuzun-qışlaq kəndinə gedən yolda Qusar rayon Polis Şöbəsinin 3 nəfər əməkdaşı ona yaxınlaşaraq onu həmin şöbəyə dəvət etmişlər, lakin o, polis əməkdaşlarının həmin tələblərinə tabe olmamış, həmçinin əsəbi olduğundan hay-küy salıb qışqırmışdır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 dekabr 2021-ci il tarixdə axşam saatlarında o, digər iki nəfər polis əməkdaşı ilə birlikdə Şəxs dayısı Seyran Seyxanovun polis əməkdaşları ilə mübahisə etməsini videolentə çəkərək “Tik-tok” sosial şəbəkəsinə yerləşdirməsi faktı ilə bağlı Şəxs Qusar rayonu Kuzun-qışlaq kəndinə gedən yolda olmasını müəyyən edərək oraya getmişlər. Onlar Məqsədə yaxınlaşaraq özlərini təqdim edərək onu Qusar RPŞ-nə dəvət etsələr də, həmin şəxs onların tələblərinə tabe olmamış, polisin ünvanına söyüşlər söyməyə, onları təhqir etməyə başlamışdır. Bundan sonra onlar həmin şəxsi Qusar RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahidlər X4 və X2 şahid X3 ilə analoji izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Beləliklə, iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs həqiqətən də, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görəyəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar