Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-634/2021 27.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1995-ci ildə Quba rayonu Püstəqasım kəndində anadan olmuş və həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 26.12.2021-ci il tarixdə saat 00:15 radələrində icarə əsasında işlətdiyi Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən 038 adlı kafeyə müştəri qəbul edərək karantin qaydalarını pozmuş və polis əməkdaşları ilə mübahisə yaradaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1 və 535.1-ci maddələri ilə 26.12.2021-ci il tarixli MN 1169516-1406 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “038” adlı kafeni işlədir, lakin VÖENİ yoxdur. 25.12.2021-ci il tarixdə o, başqa yerdə spirtli içki qəbul etmiş, daha sonara isə işlətdiyi kafeyə qayıtmışdır. Həmin zaman kafedə Elçin, Zaur və Əliyulla da olmuşlar, onlar pivə içmişlər. 25 dekabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixə keçən gecə saat təxminən 00:15 radələrində həmin kafeni bağlayıb getmək istəyərkən polis əməkdaşları gəmişlər və özlərini təqdim edərək karantin qaydalarını pozduğunu ona bildirmişlər. O, spirtli içki qəbul etdiyindən polis əməkdaşları ilə mübahisə etmiş, kafedə olan şəxsləri Polis şöbəsinə aparmamalarını, yalnız onun özünün şöbəyə aparılmasını bldirmiş və onlarla mübahisə etmişdir. Daha sonar isə onları Polis şöbəsinə aparmışlar. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Post-patrul xidməti tağımının polis nəfəri işləyir. 25 dekabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixə keçən gecə X2 ilə birlikdə Qusar şəhərində 3 saylı posta xidmətdə olmuşdir. Xidmətdə olduğu zxaman Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “038” adlı kafenin işıqlarının yandığını görmüş və bu səbəbdən də həmin əraziyə getmişlər. Saat 00:25 radələrində kafenin içində Elçin, Zaur, Əliyullanın əyləşərək pivə içdiklərini, kafeni işlədən Elçinin isə onlaın yanında ayaq üstə dayandığını, iki nəfər ofisantın isə kafedə olduqlarını görmüşlər. O, karantin qaydalarını niyə pozduğunu Elçinə irad bildirmiş və orada olan şəxsləri, həmçinin Elçini şöbəyə dəvət etmişdir. Həmin zaman Elçin orada olan şəxslərin Polis şöbəsinə aparılmasına mane olaraq onların aparılmamasını, yalnız özünün aparılmasını bildirmiş və onlarla mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonar isə həmin şəxslərin Polis şöbəsinə aparılması üçün əlavə kömək dəvət edilmiş, həmin şəxslərin köməkliyi ilə onlar Polis şöbəsinə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 26.12.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 00724 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 01:33-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.878 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 26.12.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26.12.2021-ci il tarixdə saat 00:55-də inzibati qaydada tutulmuşhəmin tarixdə saat 12:00-da azad edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 211.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, inzibati xətaları sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs həmin fakt üzrə 26.12.2021-ci il tarixdə saat 00:55-dən həmin tarixdə saat 12:00-a kimi bir gün inzibati qaydada tutulması inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Şəxs 26.12.2021-ci il tarixdən saat 00:55-dən 26.12.2021-ci il tarixə saat 12:00-dək tutulduğu 01 (bir) gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 dekabr 2021-ci il tarixdən saat 16:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-634/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-634/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver