Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-635/2021 27.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1990-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Urva kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 19.12.2021-ci il tarixdə saat 18:30 radələrində Qusar şəhəri Heydər Əliyev prospektində 186 nömrəli evin qarşısında sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə “VAZ-2121” markalı ** BR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Renualt Megane” markalı ** SV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə X1 maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və 22.12.2021-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 334.3-cü maddəsi ilə 27 dekabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş və göstərmişdir ki, həqiqətən də 19.12.2021-ci il tarixdə saat 18:30 radələrində toy məclisindən evinə qayıdan zaman Qusar şəhəri Heydər Əliyev prospektində 186 nömrəli evin qarşısında sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə “VAZ-2121” markalı ** BR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Renualt Megane” markalı ** SV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qəflətən onun qarşısına çıxaraq idarə etdiyi avtomaşın ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı X1 maddi ziyan dəymişdir. O, həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 19.12.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 00692 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 20:12-də Şəxs qanında alkoqolun konsentrasiyası 1.628 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin 25.12.2021-ci il tarixli arayışından görünür ki, Şəxs adına hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan 24.12.2021-ci il tarixli aktdan görünür ki, «RENAULT MEGANE» markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 350 (üç yüz əlli) manat təşkil edir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs X1 dəymiş maddi ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Zərər çəkmiş şəxs X1 dəymiş maddi ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-635/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-635/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver