Məhkəmə qərarları › İş №3(029)-64/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-64/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-64/2023 17.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 18:30 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası vətəndaşı X2 idarə etdiyi “SİTRAK C7H” markalı H021BC198/BA611478 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi daxil olmuşdur. X3 idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində İsveçrə Respublikasının Lugano şəhərində qeydiyyatda olan “CNHİ İnternational S.A”-dan Bakı şəhəri Yasamal rayonu X5 küçəsi ev 22 ünvanda qeydiyyatda olan Şəxs QSC-nə idxal olunan “NEW HOLLAND TC 5.80” markalı kombayn 1 kompelktdə yükünə dair yük-müşayiət sənədləri qeydiyyata alınması üçün postun qeydiyyat otağına təqdim etmişdir. Yük-müşayiət sənədlərinə baxış keçirilən zaman **********4639 saylı qısa idxal gömrük bəyannaməsində, **********-555 saylı invoysda, CMR-də yükün dəyərinin 185233 Avro olduğu, yük müşayiət sənədlərinin üzərində möhür və ştampların olmadığı, malın adının “NEW HOLLAND TC 5.80” serial number PLKT5870TN9034***-*******03 kimi qeyd olunduğu məlum olmuşdur. X3 sənədlərin əslini tələb etdikdən sonra, üzərində möhür və ştamplar olan 301122-01 saylı CMR ********** və ********** saylı iki ədəd invoysu gömrük nəzarətinə təqdim etmişdir. ********** və ********** saylı invoysların üzərində malın dəyəri 103195 və 15434 Avro, malın adı “NEW HOLLAND COMBİNE TC 4.90”, serial number PLKT5870EN9034***-*******01, engine No ********* kimi qeyd olunmuş, 301122-01 saylı CMR-in üzərində malın adı isə “NEW HOLLAND COMBİNE TC 4.90” seria number PLKT 5870EN9034***-*******01, engine NO ********* kimi qeyd olunmuşdur. Nəqliyyat vasitəsinin üzərindəki yükə baxış keçirilmiş və yükün adının “NEW HOLLAND COMBİNE” serial number PLKT 5870EN9034***-*******01, engine No ********* kimi olduğu məlum olmuşdur. Yük müşayiət sənədləri yük protokol tərtib olunaraq götürülmüş və araşdırma aparılması məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə №01400-01010/23 saylı, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC və Şimal Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsinin və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9301 saylı ekspert rəyinə əsasən, bir ədəd “NEW HOLLAND COMBİNE” serial number PLKT5870EN**********034001, engine No ********* markalı kombaynın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 335255,00 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs QSC tərəfindən xx.xx.2022-ci il tarixli invosy əsasında 185233 avro dəyərində “NEW HOLLAND COMBİNE TC 5.80” markalı kombayn idxal edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş diskdən görünür ki, X2 idarə etdiyi “SİTRAK C7H” markalı H021BC198/BA611478 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə bir ədəd “NEW HOLLAND COMBİNE TC 5.80” markalı kombayn gömrük nəzarəti xəttinə daxil olmuşdur. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs Şəxs QSC-nin həmin inzibati xətanı törətməsi, xx.xx.2023-cü il tarixli, № №01400-01010/23 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs QSC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs Şəxs QSC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-сi maddəsi ilə təqsirli bilinib 250 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar