Məhkəmə qərarları › İş №3(029)-65/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-65/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-65/2021 12.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1990-cı ildə Quba rayonu Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Qusar şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olan, Quba rayonu Rustov kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hərbi qulluqçu olan Şəxs xx.xx.2021-ci il tarixdə saat 03 radələrində sərxoş halda Qusar şəhəri Ç.Qurbanov küçəsində polisin iradına məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən (AD№0023090 saylı şəxsi vəsiqədən, 16722 saylı xx.xx.2021-ci il tarixli arayışdan) görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qusar şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçudur və ona görə də, hazırkı inzibati xəta haqqında protokola ümumi məhkəmə tərəfindən deyil, hərbi məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 525 - 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Göründüyü kimi hazırkı inzibati xəta haqqında işə baxılması məhkəmə aidiyyəti üzrə rayon məhkəməsinin deyil, hərbi məhkəmənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İXM-nin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, hərbi qulluqçu olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Hərbi qulluqçu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar