Məhkəmə qərarları › İş №3(029)-67/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-67/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-67/2021 22.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və X7 nümayəndəsi X5 iştirakları ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və X7 xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və X7 xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. X6 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, guya o, xx.xx.2020-ci il tarixdə Qusar rayonunun “Suval” adlanan meşə ərazisində sənədsiz ov tüfəngi ilə ov izlərkən saxlanılmışdır. Halbuki, o, həmin vaxt ov etməmiş, ov izləməmiş, həmin ərazidə yerləşən, özümə məxsus əkin sahəsində olmuş, oraya öz sahəsinə baş çəkmək üçün getmişdir. Üzərində olan ov tüfəngini isə ümumiyyətlə ov məqsədi ilə istifadə etməmiş, sadəcə olaraq sahəyə gedərkən çöl heyvanlarından qorunmaq üçün həmin tüfəngi özü ilə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına, yəni lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə, habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. O, isə, həmin vaxt nə ov etməmişdir, nədəki ov qaydalarını müntəzəm şəkildə pozmamışdır. Qərardan da, görünür ki, o, ov etməmişdir. Sadəcə qərarı qəbul etmiş orqan tərəfindən ehtimal olunmuşdur ki, guya o, ovu izləmişdir. Lakin, hansı ovu, hansı şəkildə, hansı üsulla izlədiyi müəyyən edilməmiş, belə bir hal ümumiyyətlə aşkar olunmamışdır. Nəticədə isə əsassız olaraq o, məhrumiyyətlərə məruz qalaraq qanunsuz şəkildə cərimələnmişdir. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur və bu səbəbdən də həmin maddə ilə barəsində qəbul edilmiş inzibati qərar ləğv edilməli, həmçinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Qusar rayonunun “Suval” adlanan ərazisində onun öz sahəsi var və orada qoyun, mal-qara saxlayır, həmçinin müxtəlif məhsullar əkib-becərir. Həmin ərazi düzənlik və çöllük ərazidir. xx.xx.2020-ci il tarixdə öz sahəsinə və mal-qarasına baxmaq üçün həmin əraziyə getmiş, gedərkən çöl heyvanlarından qorunmaq üçün atasına məxsus olmuş tüfəngi də özü ilə götürmüşdür. Orada olarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və X7 əməkdaşları oraya gəlmişlər və üzərində tüfdəngi görüb onun ov etməsini bildirmişlər və daha sonra isə onu cərimələmişlər. Lakin, o, üzərində tüfəng olsa da, həmin tüfəngdən istifadə etməmiş, atəş açmamış, heç bir ov ovlamamış və ya hər hansı ov heyvanını izləməmişdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və X7 nümayəndəsi X9 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə X11 oğlu üzərindəki ov tüfəngi ilə Qusar rayonunun “Suval” adlanan ərazisində, ovun edilməsi və izlənilməsi qadağan olunan yerdə olmuş, bu səbəbdən də, həmin şəxsin şəkili çəkilmiş, daha sonra isə o, cərimə olunmuşdur. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ov qaydalarının müntəzəm pozulması inzibati məsuliyyətə səbəb olur. Vahid Ələskərov ovu izlədiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin şəxs bir dəfə ovu izləmişdir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X12 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli aktın surətindən görünür ki, idarənin xx.xx.2020-ci il tarixli 00056 saylı sərəncamına əsasən Qusar rayonu ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədi ilə keçirilmiş reyd zamanı rayonun Hil “Suval” meşə ərazisində bir nəfər şəxsin çiynində açıq vəziyyətdə ov silahı ilə gəzdiyi müşahidə olunmuşdur. Araşdırma zamanı həmin şəxs şəxsiyyət vəsiqəsini və tüfəngə aid heç bir sənədi təqdim etməmişdir. Özünü Hil kənd sakini X4 (əslində Bunyamin oğlu) kimi təqdim edən şəxs tüfəngin sənədlərinin olmadığını və ona babasından qaldığını bildirərək bu barədə yazılı izahat vermişdir. Meşə ərazisində ov izlərkən saxlanılmış X2 (əslində Bunyamin oğlu) bir ədəd 20 çaplı tək lülə №7393 nömrəli ov silahı və 2 ədəd dolu patron maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X12 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Qusar rayonunun “Suval” adlanan meşə ərazisində sənədsiz ov silahı ilə ov izlərkən saxlanılmışdır. İş materiallarında olan X3 5 saylı Ərazi Ekologiya və X10 verdiyi xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, o, Qusar rayonu Hil kəndinin “Suval” meşə ərazisində fermada mala baxan işləyir. xx.xx.2020-ci il tarixdə malları sulayarlkən onların bir hissəsi qayıtmadığına görə babadan qalmış sənədsiz 20 kalibrli tək lülə ov tüfəngini açıq şəkildə çiyninə alıb malların dalınca getdiyi vaxt ekologiya işçiləri onu saxlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X7 xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X12 tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, həmin şöbənin əməkdaşları tərəfindən meşə ərazisində əlində tüfəng olan şəxs aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 5 saylı Ərazi Ekologiya və X7 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Qusar rayonu Hil kəndi “Suval” adlanan meşə ərazisində X3 üzərində of tüfəngi aşkar olunsa da, onun həmin vaxt «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla qanunsuz ov etməsi, o cümlədən hər hansı çöl heyvanını izləməsi aşkarlanmamış, yalnız həmin şəxsin üzərində ov tüfəngi ilə həmin ərazidə olması onun ovu izləməsi kimi ehtimal olunmuşdur. Belə ki, həmin vaxt həmin idarənin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan da görünür ki, Vahid Ələskərovun həmin vaxt hər hansı heyvanı və ya quşu izləməsi, təqib etməsi, tutması və ya üzərində olan ov tüfəngi ilə vurması faktı aşkar edilməmişdir. Bundan başqa, həmin vaxt onun əlindəki of tüfəngində olan güllənin də dolu olduğu müəyyən edilmişdir. Ov tüfənginin çiynindən asılaraq və ya əlində gəzdirilməsi isə İXM-nin 272.3-cü maddəsinin tərkibini yaratmır. Bundan başqa, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan da görünür ki, həmin şəxs qanunsuz ov etməyə görə deyil, ovu izləməyə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, həmin şəxsin hansı ovu hansı üsulla izləməsi və bununla da, ov qaydalarının pozulmasının müntəzəmliliyi-yəni bir neçə dəfə pozulması müəyyən edilməmişdir. Bununla da, Vahid Ələskərovun Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, ümumiyyətlə həmin vaxt həmin inzibati xəta hadisəsinin aşkarlanmasına dair heç bir mötəbər sübut olmamış, onun inzibati xətanı törətməsi sübuta yetirilməmiş, məhkəmə iclasında da Vahid Ələskərovun həqiqətən də həmin inzibati xətanı törətməsi faktı öz təsdiqini tapmır və bu da öz növbəsində onun həmin xətanı törətməkdə təqsirli olması barədə əsaslı şübhələr yaradır. «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 795 saylı Fərmanının 5.23-cü maddəsinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və X12 tərəfindən X3 barəsində xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə əməl olunmamış, həmçinin həmin protokol əsasında həmin şöbə tərəfindən MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli qərar qəbul edilərkən həmin protokolun düzgün tərtib olunmadığı, Vahid Ələskərovun həmin inzibati xətanı törətməsini, eləcə də, inzibati xəta hadisəsinin olmasını təsdiq edən mötəbər sübutların olmadığı, inzibati xəta hadisəsinin-yəni ov qaydalarının pozulmasının müntəzəmliliyinin olubolmaması aydınlaşdırılmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir, həmçinin inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Nəticədə düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin Vahid Ələskərovun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə olan xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar