Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-7/2023 05.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1964-cü ildə Qusar rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2can Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 442-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində əvvəlcədən polis əməkdaşlarının tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq müdiriyyəti olduğu “Diamond” restoranında müştərilərin pirotexniki və partlayıcı maddələrdən istifadə etmələrinə şərait yaratmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi VMİE, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 və 442-ci maddələri ilə xx.xx.2022-ci il tarixli MN 1719079-02 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşları tərəfindən yeni il qabağı müştərilərin pirotexniki və partlayıcı maddələrdən istifadə etməsinə şərait yaratmaması və həmin vasitələrdən istifadə etməməsi üçün xəbərdarlıq edilmişdir. Lakin, özü və işçiləri partlayıcı vasitələrdən istifadə etməmişdir. Həmin günü restoranda müştərilər çox olduğundan işçi sayı isə az olduğundan hər bir müştəriyə nəzarət etmək mümkün olmamışdır. Restorandakı işçilərin xəbəri olmadan müştərilər tərəfindən havaya fişənglər atilmışdır. Dəfələrdə xəbərdarlıq edilməsinə baxmayaraq “Diamond” restorananın terasından müştərilər pirotexniki və partlayıcı maddələrdən istifadə etmişdir. Onun tərəfindən xəbərdarlıq etməsinə baxmayaraq yenə də partlayıcı vasitələrdən istifadə etmişlər. Hər bir müştəriyə həmin günü nəzarət etmək fiziki cəhətdən mümkün olmamışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 442-ci maddənin inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, iş materiallarından görünür ki, Şəxs tərəfindən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsini sübut edilmiş heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Şəxs iş materiallarında olan Polis Şöbəsində vermiş izahatında, məhkəmə iclasında vermiş izahatında da onun özünün və ya restoran işçilərinin istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması barədə heç bir mötəbər sübut aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh edilən zaman Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh növü olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-7/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-7/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver