Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-7/2024 18.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Qusar rayonu,Yuxarı Zeyxur kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan,Azərbaycan Respublikasının vətəndaşı, evli, fəhlə işləyən Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 17:00-da etibarnamə əsasında idarə etdiyi “VAZ 210740” H-984-00-05 Rusiya Federasiyası dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar-Həzrə yolunun 10-cu km-də,Əvəcuq kənd ərazisində idarə edərkən qarşısından gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21905” markalı 99KF594 dövlət nömrə nişanlı avtomobilinin qarşısına çıxaraq onunla toqquşmuşdur.Nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2023-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə saat 17:00-da etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı H 98400/05 Rusiya Federasiyası qeydiyyat nömrə nişanlı avtomobili ilə Qusar şəhərindən bazarlıq edib evinə qayıtdığı zaman Əvəcuq kəndi ərazisindən keçən asfalt yolda yolda döngəyə çatan zaman öz hərəkət istiqamətindən çıxaraq qarşı hərəkət zolağına çıxmışdır və bu zaman qarşı hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs tərəfindən idarə edilən “VAZ 21905” markalı ** KF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuşdur.Hazırda əməlindən peşmandır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli 603 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alıntəpə nahiyəsinin üç ədəd,burnun sağ yan səthinin bir ədəd və alnın çox saylı xətti sıyrıqlar;hər iki gözün iç künclərinin qançırları küt əşyanın (əşyaların) təsirindən, xx.xx.2023-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibato tənbehi tətbiq edilərsə onun gəlirinə təsir edərək, həyat şəraitinə mənfi təsir etdiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-7/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-7/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver