Məhkəmə qərarları › İş №3(029)-70/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-70/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-70/2021 15.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs Feyzəmməd oğlunun iştirakı ilə xx xxxxx 1979-cu ildə Qusar rayonu Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ikinci qrup əlil, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu Urva kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs Feyzəmməd oğlu barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Feyzəmməd oğlu xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı Qusar rayonu, Urva kəndindəki evin həyətində narkotik vasitə olan marixuananı çəkib istifadə etmişdir. Qusar RPŞ-nin NMQ-nun baş ə/m polis mayoru, X1 tərəfindən Şəxs Feyzəmməd oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 0651857- 139 saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Feyzəmməd oğlu izahatında göstərdi ki, o, Qusar rayonu, Urva kəndində yaşayır. O, 10 ilə yaxındır ki, narkotik vasitə olan marixuananı çəkərək istifadə edir. Sonuncu dəfə narkotik vasitə olan marexuananı yaşadığı evin həyətində xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində çəkib istifadə etmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Feyzəmməd oğlunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Feyzəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilən inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 13 saylı sərxoşluq halarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Şəxs Feyzəmməd oğlunda THC aşkar edilmişdir. İş materiallarında olan DSMF publik hüquqi səxsinin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş **********2 saylı xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Qusar rayonu Urva kəndində qeydiyyatda olan Şəxs Feyzəmməd oğlu xx xxxxxx 1995-ci il tarixdən ömürlük ikinci qrup əlil kimi 253.21 (iki yüz əlli üç manat iyirmi bir qəpik) pensiya alır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs Feyzəmməd oğlu xx xxxxxx 2021-ci il tarixində saat 14:00–da inzibati qaydada tutulmuşdur. Şəxs Feyzəmməd oğlu xx xxxxxx 2021-ci il tarixində saat 14:30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Feyzəmməd oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Feyzəmməd oğlunun şəxsiyyətini, işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Feyzəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar