Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-71/2022 10.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 07.02.2022-ci il tarixdə saat 13:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “VOLVO FH 12” markalı, “E600BB761/A7077B1” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında olan yataq yerinin üzərindəki 1 ədəd göy rəngli əl çantası rentgen baxışından keçirilmiş və rentgen baxışı zamanı çantanın içərisində şübhəli cizgilər aşkar edilmişdir. Həmin çanta açılıb yoxlanılan zaman çantanın yan cibindən 1 ədəd selofan paketin içərisindən gömrük nəzarətinə bəyan olunmayan 6 ədəd üzərində “QUARTA air strike” yazısı əks olunmuş və 1ədəd üzərində “Borner” yazısı əks olunmuş pnevmatik tapança üçün hava balonu, 1 ədəd plastik qutuda üzərində “ВЫСТРЕЛ” yazısı olan pnevmatik silah üçün nəzərdə tutulan 250 ədəd metal kürəcik, 1 ədəd plastik qutuda üzərində “ВЫСТРЕЛ” yazısı olan pnevmatik silah üçün nəzərdə tutulan 500 ədəd metal kürəcik, 1 ədəd pnevmatik silaha bağlanmaq üçün nəzərdə tutulan “затылок” aşkar edilmişdir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 22.02.2022-ci il tarixli 01400- 0279/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə X1 02.03.2022-ci il tarixdə göndərdiyi teleqramdan görünür ki, qardaşı Şəxs xəstə olduğu üçün təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasını Şəxs iştirakı olmadan keçirilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2022-ci il tarixli 9/1037 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş əşyaların 07.02.2022-ci il tarixə orta bazar qiyməti 60 manat müəyyən edilmişdir. İş materiallarında olan 16.02.2022-ci il tarixli 9/1037 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100,0 (yüz) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, 07.02.2022-ci il tarixə orta bazar qiyməti 60 manat təşkil edən 6 ədəd üzərində “QUARTA air strike” yazısı əks olunmuş və 1ədəd üzərində “Borner” yazısı əks olunmuş pnevmatik tapança üçün hava balonu, 1 ədəd plastik qutuda üzərində “ВЫСТРЕЛ” yazısı olan pnevmatik silah üçün nəzərdə tutulan 250 ədəd metal kürəcik, 1 ədəd plastik qutuda üzərində “ВЫСТРЕЛ” yazısı olan pnevmatik silah üçün nəzərdə tutulan 500 ədəd metal kürəcik, 1 ədəd pnevmatik silaha bağlanmaq üçün nəzərdə tutulan “затылок” müsadirə edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-71/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-71/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver