Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-71/2024 15.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Zərərçəkmiş şəxs X3, Müdafiəçi, Qusar rayon Vəkil Bürosunun vəkili X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cü ildə Qusar şəhərində anadan olmuş, Qusar rayon Gündüzqala kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, günorta radələrində küçədə X4 Qusar rayonu, Gündüz Qala kəndində küçədə görəndə səbəbi olmadan sonuncunun və onun ailə üzvlərinin ünvanına qarşı nalayiq ifadələr işlətmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, protokolda göstərilən tarixdə heç kimi söymədiyini, əksinə X3 onu təhqir etdiyini bildirmişdir. Onun heç bir günahı olmadığını bildirmişdir. Hadisənin gedişatını mobil telefonla çəkmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, Şəxs, onu və onun ailə üzvlərini heç bir əsas olmadan nalayiq formada təhqir etmişdir. Şəxs təhqiramiz sözləri onu və arvadını narahat etmişdir. Şəxs nalayiq sözlərini arvadı həyətdən eşidib çölə çıxmışdır. Şəxs kənddə bu cür hərəkətləri ona və digər şəxslərə qarşı çox olmuşdur. Məcburiyyət qarşısında qalaraq polisə müraciət etmişdir. Şəxs onu təhqir edəndən sonra telefonu əlinə alaraq videoçəkiliş aparmışdır. Şəxs həmin an, yəni hadisə baş verdiyi anda telefonla çəkiliş etməmiş, bir neçə dəqiqə sonra çəkiliş etmişdir. Şəxs ilə barışmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, protokolda göstərilən tarixdə Şəxs nalayiq formada olan təhqiramiz ifadələrini həyətdə olarkən eşitmişdir. Həmin səsə çölə çıxmış, həmin zaman Şəxs onu və yoldaşını nalayiq ifadələrlə təhqir etmişdir. Şəxs nalayiq ifadələri onu narahat etmişdir. Şəxs sonradan telefonu əlinə alaraq videoçəkiliş aparmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi zərərçəkmiş şəxsin, şahidin izahatı və iş materialları ilə sübut olunur. Məhkəmə zərərçəkmiş şəxs X3 və şahid X1 izahatını sübut kimi qəbul edir. Məhkəmə Şəxs izahatını isə özünü müdafiə xarakterli hesab edir. Həmçinin onun hadisənin gedişatını mobil telefonla çəkməsinə münasibətdə isə zərərçəkmiş şəxs və şahid izahatlarında bildirmişlər ki, sonradan telefonu əlinə alaraq çəkiliş etmişdir. Belə olan halda həmin çəkiliş də özünü müdafiə xarakterlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinərək müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 79.1 və 79.2-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarında görünür ki, Şəxs əvvəllər inzibati tənbeh tətbiqinə məruz qalmışdır. Həmçinin Şəxs analoji əməli başqa şəxslərə qarşı törətdiyinə görə inzibati qaydada həbs olunmuşdur. Belə ki, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:25 radələrində Qusar rayon Gündüzqala kəndində Əlismanova Saranı təhqir edərək ictimai qaydaları kobud şəkildə pozmuşdur. Həmin qərarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, Şəxs kənddə bu cür hərəkətləri ona və digər şəxslərə qarşı çox olmuşdur. Məcburiyyət qarşısında qalaraq polisə müraciət etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin izahatını inandırıcı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:25 radələrində Qusar rayon Gündüzqala kəndində Əlismanova Saranı təhqir edərək ictimai qaydaları kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Şəxs eyni əməli bir il ərzində təkrar törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, Şəxs izahatını özünü müdafiə xarakterli hesab edir. Həmçinin onun hadisənin gedişatını mobil telefonla çəkməsinə münasibətdə isə zərərçəkmiş şəxs və şahid izahatlarında bildirmişlər ki, sonradan telefonu əlinə alaraq çəkiliş etmişdir. Belə olan halda həmin çəkiliş də özünü müdafiə xarakterlidir. Şəxs təqsiri olmasa idi, zərərçəkmiş şəxs polis orqanlarına müraciət etməzdi. Görünür ki, Şəxs belə əməlləri çoxaldığına görə zərərçəkmiş şəxs polisə müraciət etmişdir. Həmçinin, Şəxs hadisəni hansı anda videoçəkiliş etməsinə münasibətdə, zərərçəkmiş və şahid bildirmişlər ki, Şəxs sonradan telefonu əlinə alaraq çəkiliş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin görüntü hadisənin tam baş verdiyi dəqiqələri əks etdirməyəcək, ona görə də məhkəmə tərəfindən həmin görüntüyə baxış keçirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs islah olunmasında cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiq olmayacaqdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-71/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-71/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver