Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-73/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1966-cı ildə Qusar rayonu, Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu, Köhnə Xudat kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:01 radələrində Qusar rayonu, Köhnə Xudat kəndində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və Zərərçəkmiş şəxs idarə etdiyi “Belarus-892” markalı ** BA *** qeydiyyat nömrə nişanlı traktorun şüşəsini daşla vurub sındıraraq əmlakını qəsdən məhv etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsi tərəfindən araşdırma araşdırılmış və xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157 və 232-1-ci maddələri ilə MN 0651570-980 saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq xx xxxxxx 2021-ci il tarxdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar rayonu, Köhnə Xudat kənd ərazisində ona və ailəsinə məxsus 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə taxıl əkmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13:40 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi traktor ilə onlara məxsus əkin sahəsindən keçərək əkdiyi torpaq sahəsini korlamış və onlara ziyan vurmuşdur. Bu səbəbdən əsəbi olduğundan yerdən daş götürüb traktora atmış, daş Zərərçəkmiş şəxs dəyməmiş lakin traktorun yan şüşəsini sındırmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmamış, lakin törətdiyi əməlindən peşmandır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qusar rayonu Köhnə Xudat kənd ərazisində ona məxsus 0.5 ha torpaq sahəsi vardir. Həmin torpaq sahəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs torpaq sahəsinin yanında yerləşir. Özlərinə məxsus “Belarus-892” markalı ** BA *** qeydiyyat nömrə nişanlı traktor ilə həmin torpaq sahəsində işləyərkən Şəxs ona heç bir səbəb olmadan yaxınlaşmış və yerdən daş götürərək ona tərəf atmışdır. Atılan daş traktorun yan şüşəsini sındırmış və şüşə onun sağ əlinin barmağlarını kəsmişdir. Traktor şüşəsinin sınması nəticəsində ona 85 manat ziyan dəymişdir. Aldığı xəsarət ilə birlikdə Şəxs 100 manat məbləğində ziyan tələb edir. Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Hal-hazırda Şəxs ilə barışmamışdır. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs oğlu həmin hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs zərər çəkmiş şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmçinin özgənin əmlakını qəsdən zədələmişdir. Odur ki, o, həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər bir maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün və zərər çəkmiş şəxsin izahatı, həmçinin tərtib edilmiş inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan “VAZ” kooperativinin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, “Belarus 892” markalı traktorun sol qapısının yan şüşəsinin pərakəndə bazar satış qiyməti 70 manat civarındadır, həmin şüşənin bərpasına tələb olunan usta haqqı isə 15 manatdır. Beləliklə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 85 manat civarındadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs ilə Zərərçəkmiş şəxs barışmamışlar. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərər ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 157-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə, İXM-nin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli məbləğində yəni-85 (səksən beş) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərər ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-73/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-73/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver