Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-74/2021 17.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Qusar şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1333/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 4312 (dörd min üç yüz on iki) manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1333/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxxx 2019-cu il tarixindən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi baxıb saxlanılması üçün hər ay hər uşağa 154 (bir yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimenti X1 verilməlidir. Borclu Şəxs tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini üzürsüz səbəbdən icra etməmiş, ondan izahat alınmasına baxmayaraq o, icra sənədinə məsuliyyətsiz yanaşmış, icra sənədinin icra edilməsindən boyun qaçırmışdır. Hazırda borclu Şəxs 4312 (dörd min üç yüz on iki) manat aliment borcu vardır. Odur ki, Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında göstərdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1333/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədi ilə ondan hər ay hər bir uşağa görə 154 (bir yüz əlli dörd) manat cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimenti tutularaq X1 verilməlidir. İcra sənədi üzrə onun hal-hazırda 4312 (dörd min üç yüz on iki) manat məbləğində aliment borcu var. Maddi imkanı yoxdur, aliment məbləği yüksəkdir, heç bir yerdə işləmir bu səbəbdən icra sənədi üzrə yaranmış aliment borcunu ödəyə bilmir. Nəzərə almasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və inzibati xəta törətmiş şəxs borclu Şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq olunmasını məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-74/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-74/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver