Məhkəmə qərarları › İş №3(029)-74/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-74/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-74/2023 17.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçınov Ramil Elnur oğlunun katibliyi ilə, Zərər çəkmiş şəxslər: X3, X1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonu Armudpadar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2022-ci ilin noyabr ayında Qusar rayonu Aşağı İmamqulukənd oba kənd sakini X3 etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncunun 485 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa Şəxs 2022-ci ilin may ayında Qusar rayonu Minaxur kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncunun 200 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa Şəxs 2022-ci ilin oktyabr ayında Qusar rayonu Qılah oba kənd sakini X1 etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncunun 160 manat məbləğində pulunu ələ keçirmişdir. Həmin faktlarla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin Samur Polis bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 17 fevral 2023-cü il tarixli MN 1371626/18, MN 1371627/19 və MN 1371625/20 saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, hər üç zərərçəkmiş şəxsdən müvafiq məbləğlərdə pul almışdır. Ravez adlı şəxsdən təkrar layihə hazırlamaq və elektrik sayğacın çıxarması məqsədi ilə 480 manat pul almışdır. Həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs2 layihənin hazırlanması məqsədi ilə 200 manatı almışdır. Səfurə Bayrambəyovadan 160 manat pul almışdır. Həmin pulun alması məqsədi ona evin torpaq sahəsinin çıxarması olmuşdur. Hazırda həmin şəxslərə pul qaytarmaq iqtidarında deyildir. 1 həftə vaxt verilərsə torpağını satıb pullarını qaytaracaqdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, Şəxs 2022-ci ilin noyabr ayında layihə çəkdirmək və işıq sayğacının quraşdırılası adı ilə ondan 485 manat məbləğində pul almış, lakin vədinə əməl etməyərək onu aldatmışdır. Hazırda həmin şəxsdən şikayətçidir, pulunu tələb edir. Odur ki, Şəxs barəsində həbs tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, Şəxs 2022-ci ilin may ayında layihə sənədini düzəltmək adı ilə ondan 200 manat məbləğində pul almış, lakin vədinə əməl etməyərək onu aldatmışdır. Hazırda həmin şəxsdən şikayətçidir, pulunu tələb edir. Odur ki, Şəxs barəsində həbs tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, Şəxs 2022-ci ilin oktyabr ayında evinin layihə sənədlərini düzəltmək adı ilə ondan 160 manat məbləğində pul almış, lakin vədinə əməl etməyərək onu aldatmışdır. Hazırda həmin şəxsdən şikayətçidir, pulunu tələb edir. Odur ki, Şəxs barəsində həbs tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-497/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 180 (yüz səksən) saat ictimai işlər tətbiq olunmuş, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 fevral 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar