Məhkəmə qərarları › İş №3(029)-75/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-75/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-75/2021 04.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1988-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində qonşusu Zərərçəkmiş şəxs evinin qarşısında yığılmış şax budaqlarına od vurub qəsdən yandırmaqla həmin şəxsə ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN 0651873-121 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş, həmçinin məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, həmin şəxslə barışdığını göstərmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində evinin qarşısında yığılmış şax budaqlarına od vurub qəsdən yandırmaqla ona ziyan vurmuşdur. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək Şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, həmin şəxslə barışdığını göstərmiş və həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs və Zərərçəkmiş şəxs xx xxxx 2021-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslər barışmışlar, Şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişlər və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev İş № 3(029)-172/2012 Azərbaycan Respublikası Qusar rayon məhkəməsi hakiminin İnzibati Xəta haqqında iş üzrə QƏRARİ xx xxxx 2012-ci il Qusar şəhəri Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1940-cı ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanda yaşayan X1 barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Təqdim edilmiş sənədlərdən görünür ki, X2 xx xxx 2012-ci il tarixdə saat təxminən 10-00 radələrində yaşadığı ünvan 1 ünvanda qohumu X4 söyüb təhqir etməklə sonuncunu narahat etmişdir. Faktla bağlı Qusar RPŞ-nin TQ-da araşdırma aparılmış və xx xxxx 2012-ci il tarixli qərarla X3 və X1 qarşılıqlı ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onların barələrində Azərbaycan Respublkasının İXM-nin 296-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin sahə inspektoru polis kapitanı X5 tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 296-cı maddəsi ilə 118 saylı xx xxxx 2012-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X2 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, qadın olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran halları isə müəyyən etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat miqdarda cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar