Məhkəmə qərarları › İş №3(029)-77/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-77/2020

13.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-77/2020 13.03.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu, Qusar rayonu, Kuzun Qışlar kəndindı yaşayan X1 Rayon Polis Şöbəsinin DYPB-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 Rayon Polis Şöbəsinin DYPB-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 327.2 və 339.1-1-ci maddələri ilə, yəni Qusar şəhəri, Ə.Səfirxanov küçəsi ilə A.Xammədov küçəsinin kəsişməsi ərazisində özünə məxsus “FORD TRANZİT” YÜK markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarının pozulması və qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. Hazırda barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 məhkəməyə şikayət ilə müraciət edərək onun barəsində Qusar Rayon Polis Şöbəsinin DYPB-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 şikayəti xx xxxx 2020-ci il tarixində Qusar rayon məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X3 tərəfindən Qusar Rayon Polis Şöbəsinin DYPB-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 327.2 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulan xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. X3 tərəfindən şikayət düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, məhkəməyə göndərilirmiş şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən göndərilmiş, həmçinin natamam olduğundan və tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı və 130-cu maddələrini rəhbər tutub QƏRARA ALDİM:

1. X2 Qusar Rayon Polis Şöbəsinin DYPB-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın.

2. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar