Məhkəmə qərarları › İş №3(029)-77/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-77/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-77/2025 17.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Şəxs MMC” MMC haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşı X1 idarə etdiyi “DAF FT XF 105.460” markalı, 01CF218/50ZB218 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki, Rusiya Federasiyası, Asbest şəhəri, Voykova küçəsi, 34/2 "xxxx" MMC-dən Azərbaycan Respublikası ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC-yə göndərilən “ЖИДКОЕ СТЕКЛО” adlı yükə HCVM rentgen qurğusunda keçirilmiş x-ray yoxlaması zamanı şübhəli cizgilər aşkarlanmışdır. Bundan sonra nəqliyyat vasitəsinin yük yerinə gömrük yoxlaması həyata keçirilmiş, gömrük yoxlaması zamanı 4 ədəd 0.5 litrlik üzərində “X5” yazısı olan spirtli içki aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-01508/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 65-ci maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekpertiza” Birliyinin 002/25-X nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza aktına əsasən tədqiqata təqdim edilmiş 0.5 litrlik üzərində “X5” yazısı olan spirtli içkilərin xx.xx.2025-ci il tarixə mövcud olan orta bazar qiyməti 1 ədədi-20 manat təşkil edir, cəmi 4 ədədinin qiyməti 80 manatdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, hüquqi şəxs Şəxs MMC 4 ədəd 0.5 litrlik üzərində “X5” yazısı olan spirtli içkiləri gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin digər hallarını nəzərə alaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan 4 ədəd 0.5 litrlik üzərində “X5” yazısı olan spirtli içkilər müsadirə olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 34 (otuz dört) manat təşkil edir və hüquqi şəxs Şəxs MMC tərəfindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, tədqiqatdan sonra qalıq qalmış üzərində 4 ədəd 0.5 litrlik üzərində “X5” markalı spirtli içkilər müsadirə edilsin. İş üzrə ekspertiza xərci 34 (otuz dört) manat hüquqi şəxs Şəxs MMC tərəfindən dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar