Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-78/2024 16.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Qusar rayonu, Həsənqala kəndində qeydiyyata olan hüquqi şəxs «QRANT GARDEN” MMC-nin haqqında Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC 18100.00 ABŞ dolları məbləğində vəsaiti 28 fevral 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18100.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 fevral 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «QRANT GARDEN” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Mərkəzi Bankın nümayəndəsi Nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, №1292 saylı, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının onlar tərəfindən araşdırıldığını, hüquqi şəxs «QRANT GARDEN” MMC barəsində EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, MMC-nin banka akt təqdim etdiyini və "xxxx" ASC tərəfindən təhviltəslim aktının qəbul edilərək avans köçürməsinə bağlandığını bildirmişdir. Həmçinin hüquqi şəxs «QRANT GARDEN” MMC barəsində EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə etirazlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «QRANT GARDEN” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, №1292 nömrəli təhvil-təslim aktından görünür ki, sifarişçi «QRANT GARDEN” MMC, icraçı “2K X1 ve Pazarlama Limited Şirketi” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, X 006/18 nörməli müqavilə əsasında təqdim olunmuş yük daşıma xidməti tam yerinə yetirilmişdir. Həmçinin həmin təhvil-təslim aktı 02 aprel 2024-cü il tarixli "xxxx" ASC möhürü ilə təsdiq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, hüquqi şəxs «QRANT GARDEN” MMC barəsində EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilməlidir. Belə ki, hüquqi şəxs «QRANT GARDEN” MMC nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-cil tarixli, №1292 nömrəli təhvil-təslim aktından görünür ki, hüquqi şəxs «QRANT GARDEN” MMC-nin xx.xx.2022-ci il tarixdə 18100.00 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və qarşılığında icraçı “2K X1 ve Pazarlama Limited Şirketi” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, X 006/18 nörməli müqavilə əsasında təqdim olunmuş yük daşıma xidməti tam yerinə yetirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə xx.xx.2024cü il tarixli ərizəsindən də görünür ki, Mərkəzi Bank tərəfindən №1292 nömrəli, xx.xx.2022ci il tarixli təhvil təslim aktı araşdırılmış və həmin akt "xxxx" ASC tərəfindən qəbul edilərək avans köçürməsinə bağlanılması müəyyən edilmişdir. Məhkəmə təqdim olunmuş xx.xx.2022-cil tarixli, №1292 nömrəli təhvil-təslim aktını, xx.xx.2024-cü il tarixli ərizəsini və işdə olan digər sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs «QRANT GARDEN” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, hazırkı iş üzrə hüquqi şəxs «QRANT GARDEN” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 76, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs «QRANT GARDEN” MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-78/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-78/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver