Məhkəmə qərarları › İş №3(029)-79/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-79/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-79/2024 02.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu xx.xx.1979-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Yasab kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, subay, orta təhsilli, işləməyən, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Beyləqan rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Qusar rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21099 MİNİK” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2023-cÜ il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib edilərək 10 manat cərimə olunmuşdur. Lakin Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan 03 ay müddətinə cəriməni ödəməmişdir. Bu hərəkətinə görə xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Beyləqan rayon Polis Şöbəsindən daxil daxil olmuş protokol və ona əlavə olunmuş sənədlər Beyləqan rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarından görünür ki, inzibati xəta Qusar rayon ərazisində törədilməmişdir. Şəxs qeydiyyat ünvanı isə Qusar rayonu, Yasab kəndidir. Məhkəməyə göndərilmiş materialların tədqiqi zamanı məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin işə yaşayış yeri üzrə baxılması barədə vəsatəti əlavə edilməmişdir. 109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materiallarında Şəxs inzibati xəta haqqında protokola yaşayış yeri üzrə baxılması haqqında vəsatəti əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta haqqında protokola yaşayış yeri üzrə baxılması haqqında vəsatəti əlavə edilməyindən həmin işə Qusar rayon məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə göndərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 110, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Beyləqan RPŞ-nin DYPB-nin İnzibati təcrübə üzrə inspektoru X2 geri qaytarılsın. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar