Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-79/2025 12.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Qusar RMX” PHŞ-də həkim feldşer işləyən, Qusar rayonu, Kuzun Qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Qusar Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qusar rayonu Mərkəzi X1 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya qarşı fiziki ağrı yetirmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək xx.xx.2025-ci il tarixdə Sairə Saruxanovanı onu söydüyü üçün ona yaxınlaşıb iradını bildirmiş və sol çiynindən tutmuşdur. Həmin zaman ona heç bir fiziki ağrı yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs inzibati xəta haqqında qərarda göstərilən xüsusatları tam təsdiq edərək hazırda Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Qusar rayon Şöbəsinin 72 saylı xx.xx.2025-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazunun orta 1/3-nin yan səthinin qançırı, sağ mil-bilək oynağının şişkinliyi və həmin nahiyənin qançırı küt əşyanın təsirindən xx.xx.2025-ci il tarixdə, əl-qol zərbələri, habelə burulma nəticəsində əmələ gələ bilərdi. Yuxarıda göstərilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs izahatını özünümüdafiə xarakterli hesab edir. Belə ki, izahatında ziddiyyətin mövcudluğunu nəzərə alaraq Şəxs tərəfindən Zərərçəkmiş şəxs fiziki ağrı yetirilməsi faktının sübuta yetirildiyi qənaətinə gəlir. Həmçinin həmin əməl iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Qusar rayon Şöbəsinin 72 saylı xx.xx.2025-ci il tarixli canlı şəxsin ekspertizası rəyi ilə də sübut olunur. Odur ki, məhkəmə sübutları məcmu şəkildə qiymətləndirərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab etməyərək ona inzibati cərimə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi təqdirdə qərar tərəflərə çatdıqdan 10 (on) gün sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-79/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-79/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver