Məhkəmə qərarları › İş №3(029)-8/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-8/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-8/2024 27.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, Qusar rayon Avaran ərazi dairəsi, Xürəl kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 2023-cü ilin avqust ayında Qusar rayonu Avaran Qışlaq kəndində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus darvaza və 2 ədəd nərdivan talamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X3 tərəfindən araşdırma aparılmış və xx.xx.2023-ci il tarixli qərarla X1 Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə verilmiş məlumatı əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin Samur PB-yə verilmişdir. Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx.xx.2024-cü il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Qusar rayon məhkəməsinin 02 fevral 2024-cü il tarixli 3(029)-8/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunmuş, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Həmin qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli 3(105)-90/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qusar Rayon Məhkəməsinin 02 fevral 2024-ci il tarixli, 3(029)-8/2024 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Qusar Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, heç bir şey oğurlamamış və 35 ilə yaxındır ki, darvaza və nərdivanın yerləşdiyi bağ sahəsindəki evdə yaşayır. Ev tikmiş və atasından ayrı yaşamışdır. Əgər qardaşı darvazanın və nərdivanların ona məxsus olmasını iddia edirsə, həmiş əşyaları ona qaytarmağa hazırdır. Bundan başqa, həmin əşyaların yerləşdiyi bağda olub ağacın dibində olmuş, onun evi də orada hasarlanmışdır. Bu barədə onun sənədi var. Birgə təsərrüfat dövründə ona 20 sot torpaq ayrılmış, daha sonra həmin torpaqlar bölünüb, əməkçilərə verilmişdir. Onun evi olan yer də bölgüyə düşüb, islahat aparılıb. İndi isə elektron xəritələrə görə orada torpaqların sürüşməsi olduğu bildirirlir. Bu səbəbdən zərərçəkmiş iddia edir ki, sürüşən yer boş yerdir və onun özünə məxsusdur. Halbuki Elmirin yeri 3 məhəllə o tərəfdə yerləşir. Həmin yerə gələn rəsmi şəxslər də baxıb, kənddə də hamı bilir ki, qardaşının yeri məhkəmə qərarı ilə alinan yerdir. Keçən iclasda o, demişdir ki, darvazanı və nərdivanı gətirib burada məhkəmədə həyətdə qaytarsın və Elmir ondan əl çəksin. Həmin əşyalar orada olduğu halda, Elmir deyir ki, guya o, həmin əşyaları oğurlamışdır. Orada heç hasar da olmayıb. O, həmin əşyaları oğurlamamış və ona görə də, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qardaşının ona məxsus darvaza və nərdivanı talaması faktına görə prokurorluğa müraciət etmiş və istintaq orqanı müəyyən etmişdir ki, Şəxs ona (zərərçəkmişə) məxsus torpaq sahəsindən həmin əşyaları talamışdır. Torpağın ona məxsus olduğunu bağ sahəsinə gələn mütəxəssislər də müəyyən etmişlər. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RPŞ-nin İB-nin 23 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs qardaşı Zərərçəkmiş şəxs məxsus olan qapını (darvazanı) 2023-cü ilin avqust ayı ərzində bağ sahəsinin çəpərlənmiş hissəsindən çıxardaraq, yəni açıq sahədən oğurlayaraq talamışdır. Bundan başqa, təkrarən 2023-cü ilin avqust ayı ərzində, qapını çıxarıb apardıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs bağ sahəsinə, öz bağ sahəsi ilə arasında çəpərin olmamasından istifadə edərək oradan da 2 ədəd nərdivanı talamışdır. Eyni zamanda həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qeyd olunan darvazanın və nərdivanların Zərərçəkmiş şəxs məxsus olmasını material üzrə izahatları alınmış bir neçə şahidlər təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3370 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim edilən darvaza və 02 ədəd nərdivanın istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına orta bazar qiyməti təxminən 490,0 manat müəyyən olunur. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi, yəni onun açıq sahədə olmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olan, ümumi dəyəri 490 manat təşkil edən bir ədəd darvazanı və iki ədəd nərdivanları oğurlamaqla talaması məhkəmə tədqiqatı zamanı tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi, inzibati xətanın predmetləri olan darvazanın və nərdivanların ona məxsus olması barədə izahatını müzakirə edərək hesab edir ki, Şəxs qeyd etdiyi həmin hallar məsuliyyətdən yayınmaq xarakteri daşımaqla hər hansı mötəbər sübutla təsdiq olunmur, əksinə iş materialları ilə və hətta özünün vermiş olduğu izahatı ilə təkzib olunur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin darvaza və nərdivanların yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması ilə bağlı tərəflər arasında mübahisə mövcud olması, özü-özlüyündə bu torpaq sahəsində olan daşınar əşyaların kimə məxsus olduğunu həll edilməsində mühüm rol oynamır. Əksinə, Şəxs məhkəmə iclasında açıq sahədən həmin əşyaları götürməsini etiraf edərək, həmin əşyaları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarmağa razı olduğunu bildirməsi məhkəmədə daxili inam yaradır ki, Şəxs tərəfindən gizli şəkildə götürülmüş əşyalar həqiqətən də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olmuşlar. Odur ki, məhkəmə Şəxs qeyd olunan izahatı ilə razılaşmayaraq izahatında göstərdiyi həmin halları onun təqsirini istisna edən hallar kimi qəbul etmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun müəllim olmasını, mübahisənin eyni ailə üzvləri arasında, qardaşlar arasında baş verməsini və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Belə ki, tətbiq olunacaq ictimai işlər növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar