Məhkəmə qərarları › İş №3(029)-80/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-80/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-80/2025 14.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-nin xx.xx.2025-cİ il tarixli EPQ ******* saylı qərarı ilə ona təyin edilmiş 300 (üç yüz) manat məbləğində cərimənin azaldılmasına dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-cü il tarixli EPQ ******* nömrəli qərarı ilə ona təyin edilmiş 300 (üç yüz) manat məbləğində cərimənin azaldılmasını məhkəmədən xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandımışdır ki, o, Qusar RPŞ-nin İTB-nin sahə rəisinin xx.xx.2025-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Buna səbəb məişət tullantılarını atdığı yerə əvvəllər hər axşam 19:00-dan sonra icazə verilirdi. Həmin tullantılar səhərlər müvafiq qurum tərəfindən ərazidən aparılırdı. O, bir neçə gün şəhərdə olmadığından həmin qaydanın dəyişilməsi və oraya tullantıların atılmasının qadağan edilməsini bilməmişdir. Ailəsi ilə birlikdə kirayədə yaşayır, 2 azyaşlı uşağı var və arvadı heç yerdə işləmir. Həmçinin yaşadığı əraziyə yaxın yerlərdə məişət tullantılarının urnaları qoyulmamış və bu barədə heç bir əlavə məlumat verməmişlər. Əməlindən peşmandır. Həmçinin Qusar RPŞnin həmin qərarını qəbul etmiş vəzifəli şəxs işi obyektiv araşdıraraq, Azərbaycan Respublikası İXM-nin 31.2, 32.1.1-32.1.7 və 31.4-cü maddələrinin tələbləri əməl etmiş olacaqları təqdirdə həmin qərarın ədalətli olacağını bildirərək həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən ona təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində yazılanları təsdiq etmiş və cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN Qusar rayon Polis şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və nümayəndənin iştirakının təmin edilməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş EXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, səhər saat 06:00-12:00 aralığında Qusar şəhəri, M.Vəliyev küçəsində məişət tullantılarını atılması qaydalarını pozmuşdur. Həmin protokol üzrə xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərar qəbul olunmuş və nəticədə X7 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə 300 (üç yüz) manat miqdarında cərimə inzibati tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Qusar RPŞ Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-80/2025 saylı sorğusu əsasında göndərilmiş materialdan görünür ki, X3 törətmiş olduğu xəta öz izahatı ilə və həmin materiallarıda olan fotoşəkil və videogörüntü ilə sübuta yetirilir. Həmçinin şikayətçi məhkəmə iclasında öz izahatı ilə əməlini etiraf etmiş və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM: Maddə 142. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar məsələlərin həll edilməsi 142.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 142.2. Bu Məcəllənin 142.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə baxılması üçün maneə yaratmır. 142.3. Qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə bu barədə müvafiq qeyd aparılmaqla verilir. Maddə 143. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi 143.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. 143.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər. Maddə 150. İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası 150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.4. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir. 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərir. 150.8. Bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. 150.13. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. 150.14. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək şikayət ərizəsinin təmin edilməməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə X1 təyin edilmiş cərimə inzibati tənbehinin azaldılması məsələsinə münasibətdə isə bildirir ki, Azərbaycan Respublikası İXM-də cərimə inzibati tənbehinin azaldılması nəzərdə tutulmamışdır. Həmin məcəllədə yalnız cərimə inzibati tənbeh növünün icrasının təxirə salınması və möhlət verilməsi anlayışları və qaydaları mövcuddur. Həmin qaydalardan görünür ki, barəsində inzibati cərimə növündə tənbeh almış şəxs qərar qanuni qüvvəyə mindikdən sonra həmin qərarı vermiş olan quruma rəsmi müraciət edərək həmin cərimə inzibati tənbehinin icrasının təxirə salınmasına yaxudda möhlət verilməsi ilə bağlı məsələləri həll edə bilər. İş materiallarından görünür ki, Qusar RPŞ-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarı Qusar RPŞ-nin İTB-si tərəfindən qəbul olunmuş və hal-hazırda məhkəmə icraatında olduğundan qanuni qüvvəyə minməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazır ki iş üzrə X2nun ərizəsi rədd edilməli və ona Qusar RPŞ-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarının icra qaydasında möhlət verilməsi və təxirə salınması məsələləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət rədd edilsin. Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-nin xx.xx.2025-cü il tarixli EPQ ******* saylı qərarı qüvvədə saxlanılsın. X1 Qusar RPŞ-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarının icra qaydasında möhlət verilməsi və təxirə salınması məsələləri izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar