Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-82/2021 25.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx xxx 1982-ci ildə Qusar rayonu Aşaği-ləyər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(029)-82/2015 saylı icra sənədinə əsasən Şəxs xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa 60 (altmış) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxxx 2009-cu il təvəllüdlü X2, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X4 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, halhazırda onun 2160 manat məbləğində aliment borcu vardır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, aliment ödəməyə imkanı olmadığından həmin alimenti ödəmədiyini, hazırda da alimenti ödəmək iqtidarında olmadığını göstərmiş və barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx xxxx 2015-ci il tarixli 2112/15 saylı bildirişin surətindən görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-82/2015 saylı xx xxx 2015-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(029)- 173/2019 saylı qərarının surətindən görünür ki, Şəxs Qusar rayon məhkəməsinin 2(029)- 82/2015 saylı xx xxx 2015-ci il tarixli icra sənədinin icrasından yayındığına görə Azərbaycan Respublikasının CM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2019, xx.xx.2019 və xx.xx.2021-ci il tarixli izahatlarının surətlərindən görünür ki, həmin şəxs imkanı olmadığından aliment ödəmədiyini, gələcəkdə də, ödəyə bilməyəciyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 691/2021 saylı arayışından görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-82/2015 saylı xx xxx 2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2160 (iki min yüz altmış) manat məbləğində aliment borcu yaranmışdır. Göründüyü kimi, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-82/2015 saylı xx xxx 2015-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmış, buna görə əvvəllər Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmiş, lakin bundan sonra da, həmin icra sənədinin icrasını təmin etməmiş, bundan qərəzli olaraq boyun qaçırmış, hazırda icra sənədi üzrə aliment borcu 2160 manat təşkil edir. Həmin şəxs öz izahatlarında aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-82/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-82/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver