Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-82/2025 01.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1987-ci ildə Şəmkir rayonu, Çaparlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:40-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respbulikası vətəndaşı Şəxs idarə etdiyi “VOLVO” markalı, 57CL377/57ZA377 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunun sol tərəfində olan yeşikdə 10 ədəd “X1 vodka” və 6 ədəd “Читые росы vodka”, sağ tərəfində olan yeşikdə 6 ədəd “X1 vodka” və 10 ədəd “Читые росы vodka”, kabinanın sağ tərəfində oturacağın yanında 4 ədəd “Читые росы vodka” markalı olmaqla ümumilikdə Azərbaycan Respbublikasının aksiz markası ilə markalanmamış və məcburi nişanlanma ilə nişanlanmamış 16 ədəd “X1 vodka” və 20 ədəd “Читые росы vodka” markalı spirtli içkilər Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Faktla bağlı Şəxsnun barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə 03 mart 2025-ci il tarixli 10000-00024/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 480-ci maddəsinin tərkibləri mövcud olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərar və zəruri sənədlər aidiyyəti üzrə Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 6/5079-9/9117 nömrəli ekspert rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş 16 ədəd “X1 vodka” və 20 ədəd “Читые росы vodka” markalı spirtli içkilərin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti təxminən 3584 (üç min beş yüz səksən dört) manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti 16 ədəd “X1 vodka” və 20 ədəd “Читые росы vodka” markalı spirtli içkilərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarının tədqiqinə əsaslanaraq, həmçinin Şəxs barəsində cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarından görünür ki, iş üzrə ekspertiza xərci 100 manatdır. Həmin məbləğ dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 3584 (üç min beş yüz səksən dört) manat dəyərində 16 ədəd “X1 vodka” və 20 ədəd “Читые росы vodka” markalı spirtli içkilər müsadirə edilsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-82/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-82/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver