Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-84/2024 29.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X8 oğlunun katibliyi ilə xx.xx.1988-ci ildə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş, Qusar şəhəri, Yuxarı Zeyxur kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İİ TAĞİM YPX-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİNnin BDYPİ-nin İİ TAĞİM YPX inspektorunun xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası İXM-nin 321.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandımışdır ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİnin İİ TAĞİM YPX inspektorunun xx.xx.2024- ci il tarixli, TP ******* saylı qərarı ilə , Azərbaycan Respublikası İXM-nin 312.1 -ci maddəsi ilə, 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, onun idarəçiliyində “KİA SORENTO MİNİK” markalı 38BH260 dövlət qeydiyyat nişanlı avtomobil vardır. 14 yanvar 2024-cü il tarixdə saat gecə saatlarında həmin avtomobillə Bakı-Quba-Dağıstan yolunun 162-ci kilometrliyində, yeni açılmış ödənişli yolla Bakı şəhəri istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən qəfildən yolun ortasında yük avtomobilinin yol tam kəsərək dayandığını görmüş, avtomobilin əyləcini sıxsa da, yol buzlu, dumanlı və sürüşkən olduğundan avtomobili tam dayanma həddinə çatdıra bilməmiş və həmin yük avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobili ciddi şəkildə əzilməklə ona ziyan dəymişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, baş vermiş hadisənin səbəbləri araşdırılmış, müvafiq müayinə aparılmış, yol nəqliyyat hadisəsi yerinin sxemi tərtib olunmuşdur. Məlum olmuşdur ki, həmin avtomobil MERCEDES BENZ ACTROS 1844LS yük markalı 77HN848 dövlət qeydiyyat nişanlı avtomobil olmaqla X2 idarəçiliyindədir. Həmçinin, məlum olmuşdur ki, həmin avtomobil hadisədən bir müddət əvvəl nazaslamış və məcburən yolun ortasında dayanmalı olmuşdur. Lakin, həmin avtomobilin texniki nazaslığını əks etdirən və yol hərəkətinin digər iştirakçılarını xəbərdar etdirən xəbərdarlıq nişanı quraşdırılmamışdır. Həmçinin, həmin yük avtomobili yolun kənarında dayanmalı olduğu halda bunu etməmiş, yolu bütövlükdə kəsərək dayanmışdır. Belə ki, yük avtomobilinin qoşqusu yolu tam bağlamışdır. Həmin yük avtomobilinin sürücüsü həmin pozuntulara yol verdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozma) inzibati xəta haqqında protokol tərtib edilmiş və 29 fevral 2024-cü il tarixli qərarla həmin şəxs 40 manat cərimə edilmişdir. Həmin şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunmuşdur ki, yol- nəqliyyat hadisəsi məhz həmin avtomobilin sürücüsünün yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə baş vermişdir. Lakin, sonradan məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İİ TAĞİM YPX inspektoru X5 onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolda qeyd edilmişdir ki, guya o da əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Halbuki, hadisəni baş verdiyi yer düz yol olmuş və o, orada hər hansı bir manevr etməmişdir. O, havanın dumanlı vaxtı avtomobilimi yolda müəyyən edilmiş maksimal sürət həddində hərəkət etdirməklə idarə etmiş və yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun hər hansı tələblərini pozmamışdır. Həmin .yaxt mən yolda hər hansı manevr edə də bilməzdi, çünki qeyd etdiyi kimi yük avtomobilinin qoşqusu yolu tam bağlamışdı. Eyni zamanda o yük avtomobilinin yolu tam bağladığını zənn edə də bilməzdi, çünki görünmə məsafəsi dumana görə məhdud idi. Bundan başqa, yol-nəqliyyat hadisəsinin baş verməsində onun hər hansı təqsirinin olub-olmamasını müəyyən etmək üçün avtotexniki ekspertiza təyin olunmalı idi, çünki onun yük avtomobilinin yol tam bağladığını gördüyü andan sonra idarə etdiyi avtomobili tam dayanma həddinə çatdıra bilmək üçün texniki imkanının olub-olmamasını yalnız ekspertlər müəyyən edə bilərdi. Yolnəqliyyat hadisəsi yerinin sxemindən göründüyü kimi onun yük avtomobilini gördüyü andan hadisə yerinə qədər məsafə 10 metr olmuşdur. Yolda maksimal sürət 70 olmuşdur. Həmin yerdə o yüksək sürətlə hərəkət edə bilməzdi, çünki, o ödənişli yolun girişində olan postda ödəniş edib hərəkətə başladıqdan qısa müddət sonra məlum hadisə baş vermişdir. O, postu keçərkən orada ona yolda hər hansı yük avtomobilin yolu tam bağlamaqla dayandığını bildirməmişlər. Odur ki, onun həmin şəraitdə avtomobili tam dayanma həddinə çatdırmağı texniki cəhətdən mümkün deyildi. Ona görə də, baş vermiş yol-nəqliyyat hadisəsində onun hər hansı təqsirinin olmadığına görə YXP inspektorunun onun barəsində qəbul etdiyi qərar qanunsuzdur. Bundan başqa, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024- cü il tarixli TP ******* saylı qərar həm də ona görə qanunsuzdur ki, həmin qərarda onun konkret olaraq hansı manevr etmə qaydalarını pozduğu qeyd olunmamışdır. O, hər hansı manevr etmə qaydalarını pozmamış, çünki o orada hər hansı manevr etməmiş, yalnız qəfildən yük avtomobilinin yolu tam bağladığını gördüyü üçün məcburən avtomobili tam dayanma həddinə çatdırmağa çalışmışdır. Bundan başqa, hazırda barəsində şikayət etdiyi qərardan şikayət vermə müddəti ötürülsə də, bu üzürlü səbəbdən baş vermişdir. Belə ki, xeyli müddət həmin qərarın mövcud olması barədə məlumatı olmamış, bu barədə məlumatı sığorta şirkəti ona yolnəqliyyat hadisəsində onun da təqsirinin olduğunu, bu barədə onun barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirdikdən sonra xəbər tutmuşdur. Bundan sonra isə o, barəsində qərar qəbul etmiş inspektora müraciət edərək inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş və inzibati xəta haqqında protokol kağız daşıyıcıda ona 05 aprel 2024-cü il tarixdə, inzibati tənbeh vermə haqqında qərar isə 06 aprel 2024-cü il tarixdə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın elektron sistemdən 06 aprel 2024-cü il tarixdə çıxarılması qərarın yuxarı sol hissəsində qeyd edilmişdir. Məhkəmə iclasında X4 ərizədə yazılanları təsdiq etmiş və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin yol nəqliyyat hadisəsi barədə avto-texniki ekspertiza təyin edilməmiş, həmin şəxsin İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hadisə yerində olmuş şahidlər tam dindirilməmişdir. Bununla da, X1 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Beləliklə, mövcud vəziyyətdə X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X1 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 nun AR DİN-nin BDYPİ-nin İİ Tağım YPX inspektorunun xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-84/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-84/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver