Məhkəmə qərarları › İş №3(029)-86/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-86/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-86/2025 01.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Hüquqi ünvanı ünvan 1 barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Hüquqi şəxs "xxxx"MMC mülkiyyətində olan “HOWO ZZ3257N38471 yük” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatları sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə İXP6964358 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-yə və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, lakin MMC-nin və Qusar rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Göründüyü kimi, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati məsuliyyətə səbəb olur. İş materialları ilə müəyyən olunur ki, "xxxx"MMC mülkiyyətində olan “HOWO ZZ3257N38471 yük” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatları sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Odur ki, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərlə tam sübuta yetirilir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir və ona görə də, həmin MMC həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-сi maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar