Məhkəmə qərarları › İş №3(029)-87/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-87/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-87/2022 02.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1984-ci ildə Qusar rayonu Gican kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla Qusar rayonu Langi qəsəbəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-535/2020 saylı 03.07.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2520 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 02.03.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-535/2020 saylı 03.07.2020-ci il tarixli icra sənədinə əsasən onun tələbkar X1 2520 manat aliment borcu yaranmışdır. O, əvvəllər “Şahdağ” Qış-Yay turizm kompleksində mühafizəçi işləmiş, 2020-ci ilin mart ayından işdən çıxmış, 1 il işsiz qalmış, 2021-ci ilin mart ayından Qusar rayonunda yerləşən "xxxx" MMC-də mühafizəçi işləyir, ayda 300 manat maaş alır. İnzibati həbs olunarsa onu işdən çıxaracaqlar və alimenti ödəyə bilməyəcəkdir. Hazırda təzədən ailə həyatı qurmuş, kirayədə yaşayır.Söz verir ki, aliment borcunu hissə-hissə ödəyib qurtaracaqdır. Odur ki, bunları nəzərə alaraq ona aşağı həddə inzibati cərimə cəzasinin təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-535/2020 saylı 03.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 05.06.2020-ci il tarixdən başlayaraq 01.11.2006-cı il təvəllüdlü X2 və 24.11.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 30.07.2020-ci il tarixli 560/20 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-535/2020 saylı 03.07.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 02.03.2022-ci il tarixli izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)- 535/2020 saylı 03.07.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan aliment borcunu ödəyə bilmədiyini, onun hal-hazırda 2520 manat aliment borcu olduğunu göstərmişdir. Hazırda kirayədə yaşayır. Yenidən ailə həyatı qurmuş, dolanacağı pisdir. Maddi imkanı olanda aliment borcunu tam ödəyəcəyini bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan bəhanələr gətirərək boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar