Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-9/2024 15.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qazaxıstanın Turqay vilayətinin, Yeşilskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,Qusar rayonu Avaran kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında MN №1686786 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Pioner” marketdən 42.50 (42 manat 0.50 qəpik) dəyərində olan “JACK DANİELS” markalı spirtli içkini oğurlamışdır. Təqdim edilmiş inzibati xəta haqqında MN №1686787 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Pioner” marketdən 42.50 (42 manat 0.50 qəpik) dəyərində olan “JACK DANİELS” markalı spirtli içkini oğurlamışdır. Təqdim edilmiş inzibati xəta haqqında MN №1686788 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Pioner” marketdən 42.50 (42 manat 0.50 qəpik) dəyərində olan “JACK DANİELS” markalı spirtli içkini oğurlamışdır. Təqdim edilmiş inzibati xəta haqqında MN №1686789 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Pioner” marketdən 56.50 (56 manat 0.50 qəpik) dəyərində olan “JACK DANİELS” markalı spirtli içkini oğurlamışdır. Təqdim edilmiş inzibati xəta haqqında MN №1686790 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Pioner” marketdən 56.50 (56 manat 0.50 qəpik) dəyərində olan “JACK DANİELS” markalı spirtli içkini oğurlamışdır. Həmin faktlarla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə MN №1686789 saylı xx.xx.2024-cü il tarixli, MN №1686788 saylı xx.xx.2024-cü il tarixli, MN №1686787 saylı xx.xx.2024-cü il tarixli, MN №1686787 saylı xx.xx.2024-cü il tarixli, MN №1686786 saylı xx.xx.2024-cü il tarixli, MN №1686790 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx.xx.2024-cü il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o,barəsində tərtib olunmuş protokollarla razıdır.Həqiqətəndə protokollarda göstərilən tarixlərdə ünvan 1 ünvanında yerləşən “Pioner” marketdən oğurluq etmişdir.Dəymiş maddi zərəri ödəmişdir.Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək izahatında göstərmişdir ki, Şəxs tərəfindən protokollarda göstərilən tarixlərdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən “Pioner” marketdən müxtəlif dəyərlərdə olan “Jack Daniels” markalı spirtli içki oğurlanmışdır.Şəxs spirtli içkilərin özü tərəfindən oğurlandığını etiraf etmişdir.Dəymiş maddi ziyan ödənmişdir.Şəxs ilə barışmışdır. Hazırda Şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0, 53.0.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, inzibati xətanı törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 53, 105.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-9/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-9/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver