Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-90/2024 29.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X8 oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş,Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, mənzil 93-də qeydiyyatda olmaqla yaşayan,Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəxs barəsində Qusar RPŞ-nin X5 daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:00-da idarə etdiyi “ Ford Explorer minik” markalı, 99HZ131 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi halına yol vermişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. xx.xx.2024-ci il tarixli cinayət işinin başlanması rədd edilmiş haqqında olan qərarda olan “MTE VƏ PA” EET Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 148 №-li ekspert rəyinə əsasən vətəndaş X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində müəyyən edilmiş xəsarət-sol mil-bilək nayihəsinin iç səthinin cırılmış yarası tinli əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş YNH-si nəticəsində əmələ gələ bilən və xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan saölamlığa yüngül zərərvurmaya aiddir. “MTE VƏ PA” EET Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 149 №-li ekspert rəyinə əsasən Şəxs, xx.xx.2024-cü il tarixli 150 №-li ekspert rəyinə əsasən X2, xx.xx.2024-cü il tarixli 151 №-li ekspert rəyinə əsasən X3 bədən səthində xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs qeyd olunan əməli törətməsi ekspert rəyi ilə sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbehi tətbiq edilərsə onun gəlirinə təsir edərək, həyat şəraitinə mənfi təsir etdiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-90/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-90/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver